Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Oktyabrın 5-i cəbhə xəttində Azərbaycan əsgəri Sahil Məmmədov həlak olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi Ermənistan tərəfini təxribatda, atəşkəs razılığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra tərəflər Moskvada yenidən atəşkəs razılaşması əldə ediblər.

Ancaq yenə də tərəflər davamlı olaraq bir-birlərini ittiham ediblər.
Bu il mayın 16-da isə Vyanada ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bundan sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə də tərəflər ara-sıra bir birlərini təxribatda ittiham edirlər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG