Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Bakıya səfər edib. Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparıb.
Çavuşoğlu Amerika mühacir həyatı yaşayan və Türkiyədə baş vermis son dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Güləndən də danışıb. Türkiyə rəsmilərinin FETÖ terror şəbəkəsi adlandırdığı Gülən tərəfdarlarına qarşı Azərbaycanda görülən tədbirlərdən məmnun qaldığını deyib.
“FETÖşəbəkəsi Türkiyədə nə planlayırsa, mövcud olduğu digər ölkələrdə də eyni planlar qurur. Bu təhlükəni bir daha gördük. Görülən tədbirlər Azərbaycanın təhlükəsizliyi və sabitliyi üçün də vacibdir. Bu terror şəbəkəsi ilə mübarizəmizi davam etdirəcəyik.”
Buna da bax: Türkiyədən Azərbaycana FETÖ siyahısı gəlibmi?
Çavuşoğlu onu da deyib ki, Türkiyə Azərbaycanlın yerli istehsalı gücləndirmək səylərini dəstəkləyir. Türk şirkətlərini də buna həvəsləndirir.
Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin tezliklə yekunlaşacağına ümid etdiyi bildirib.
Elmar Məmmədyarov Azərbaycan qazını Avropaya daşıyacaq TANAP kəməri ilə bağlı işlərin qrafik üzrə getdiyini deyib. Çavuşğolu isə layihənin mümkün olarsa, hətta vaxtından əvvəl başa çatdırıla biləcəyini bildirib.
Buna da bax: Mirşahin: 'Bizi nə Fətulla, nə Mətulla maraqlandırmır' (Video)