Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:35

Cavid Hüseynovun azadlığa buraxılması birmənalı qarşılanmayıb


Qəbələ klubunun keçmiş kapitanı Cavid Hüseynov (arxiv)
Qəbələ klubunun keçmiş kapitanı Cavid Hüseynov (arxiv)

“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə oktyabrın 12-də azadlığa buraxılıb.

Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə dair cinayət işi üzrə həbs olunmuş və məhkum edilmişdi.

Məhkəmə futbolçunu 4 il azadlıqdan məhrum edən hökmündən verilmiş apellyasiya şikayətinə baxıb. Apellyasiya şikayətinin arqumentlərini haqlı sayan məhkəmə onu təmin edib.

Vəkilin deməsinə görə, məhkəmə Cavid Hüseynovun həbsdə qaldığı 1 il 2 ay müddəti hesablayaraq, futbolçunu cəzanın çəkilməmiş hissəsindən azad edib.

Futbolçunun gözlənilmədən azadlığa buraxılması onun qətlə yetirilmiş jurnalist Rasim Əliyevin ailəsi, həmkarları və yaxınları tərəfindən birmənalı qarşılanmayıb.

Döyülərək ölən jurnalistin atası Məmmədəli Əliyev məhkəmənin qərarını “ağlasığmaz” adlandırıb.

“Biz Cavid Hüseynovun “məlumat verməməyə” görə həbs edilməsi ilə razı deyildik. O, cinayətin təşkilatçısı idi. O, oğlumuzun qatilidir” – demişdi ata.

Məmmədəli Əliyev bunu da bildirib ki, Cavid Hüseynovun əmisi mayın 27-də barışıq xahişi ilə onlara gəlib. Barışığı mümkün saymayan ata vurğulayıb ki, vəkillərlə məsləhətləşmələrdən sonra müvafiq addımları atacaq.

Lakin işin bütün emosionallığına baxmayaraq, hətta Rasimin həmkarları arasında da hökmü ədalətli sayanlar var. Jurnalist Aytən Məmmədova deyir ki, futbolçu Cavid Hüseynovun günahı məhkəmədə sübuta yetirilməyib:

Elə idman jurnalisti Elçin Cəlilov da düşünür ki, Cavid Hüseynov bu cinayətin birbaşa iştirakçısı olmayıb:

Lakin hüquqşünas Ələsgər Məmmədli deyir ki, Cavid Hüseynov nəticə etibarilə məsələ ilə bağlı məsuliyyət daşıyırdı:

Xatırladırıq ki, jurnalist Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülmüş və ayın 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi. Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG