Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34

«Bütün Azərbaycan xalqı bilir ki, mənim günahım yoxdur». Bunu jurnalist Rasim Əliyevin döyülüb öldürülməsinə görə həbs olunmuş futbolçu Cavid Hüseynov avqustun 11-də Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən deyib.

Futbolçunun vəkili Adəm Məmmədov çıxışında deyib ki, Cavid Hüseynova irəli sürülmüş ittiham absurddur. Onun sözlərinə görə, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində futbolçuya böyük ədalətsizlik olub:

«Bəlkə də Azərbaycanın məhkəmə, istintaq tarixində belə gülünc ittiham olmayıb. Cavid Hüseynovu təqsirləndirirlər ki, ağır cinayəti bilib polisə xəbər verməyib. Əgər o, bu barədə məlumat alanda, artıq bütün media bu barədə yazmışdı, mərhum özü polisə xəbər vermişdisə, Cavid Hüseynov neyləməli idi? Yenidən «102»yə zəng eləməli idi? Və yaxud əgər adam hadisədən sonra «get özünə vəkil tut, təslim ol» yazıbsa, burada hansı cinayəti gizlətmədən söhbət gedə bilər?».

Adəm Məmmədov məhkəmədən Cavid Hüseynovun atasının Qarabağ müharibəsində həlak olmasını da nəzərə almağı xahiş edib. O, futbolçunun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə avqustun 19-da davam edəcək.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilib. İstintaqın sonunda CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfərin işi ayrılıb və onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilə qədər həbs cəzası alıb.

CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

Cavid Hüseynov özünü təqsirli bilmir və jurnalistin döyülməsi ilə heç bir əlaqəsi olmadığını, haqsız tutulduğunu deyir.

Jurnalist Rasimin Əliyevin vəfatından bir il ötür- [fotolar]

Günün bütün mövzuları

XS
SM
MD
LG