Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:07

Cavid Hüseynova 4 il həbs istənildi: Jurnalistin ölümü


Cavid Hüseynov müttəhimlər kürsüsündə

Cavid Hüseynov müttəhimlər kürsüsündə

►"Cinayəti bilib xəbər verməmək"

Mayın 11-də Səbayel Məhkəməsində futbolçu Cavid Hüseynovun işi üzrə dövlət ittihamçısının yekun çıxışı olub. Prokuror müttəhimin 4 il azadlıqdan məhrum edilməsini istəyib.

C.Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar məsuliyyətə cəlb edilib. Lakin işdə onun adı cinayətin iştirakçısı kimi yox, cinayəti bilib xəbər verməmək üzrə keçir.

Bundan öncə beş nəfər mühakimə olunub. Onların arasında R.Əliyevin ölümündə birbaşa günahkar bilinən qohumu da var.

Prokuror məhkəməni C.Hüseynovun CM-in 307.1. (hazırlanmaqda olan ağır cinayət barədə xəbər verməmək) və 307.2. (ağır cinayətin ört-basdır edilməsi) maddələri üzrə təqsirli bilinməsinə çağırıb.

Futbolçunun vəkili Adəm Məmmədov bildirib ki, müdafiə tərəfi ittihamla razı deyil.

Onun deməsinə görə, C.Hüseynov öz yaxınlarının jurnalistə hücum edəcəklərini bilməyib, bundan ancaq mətbuatdan xəbər tutub.

Bunu vəkilin bildirməsinə görə, yeni şahid – mərhum jurnalistin dostu Aydın Mahmudov məhkəmədə təsdiqləyib. Vəkil prokurorun təklif etdiyi cəzanın sərt olduğunu bildirib. O, işi “siyasiləşmiş” hesab edir.

____________________________________________________________

Bunlara da bax:
İslam Partiyasının lideri edam edilib
Azərbaycanda milyonlarla insanın kasıblaşacağı gözlənir

____________________________________________________________

Növbəti məhkəmə iclası mayın 16-ı saat 12:00-a təyin edilib.

R.Əliyev və C.Hüseynov arasında münaqişəyə jurnalistin Facebook-da futbolçunun xoşagəlməz hərəkətləri ilə bağlı yazısı səbəb olub.
Yazıda futbolçuya oyunda fərqləndikdən sonra etdiyi əl işarəsi iard tutulurdu. Bundan sonra jurnalistin C.Hüseynovun qohumu tərəfindən hədələrə məruz qaldığı bildirilir. C.Hüseynov özü də jurnalistlə telefonla danışıb. Mərhum ölümündən öncə bildirib ki, C.Hüseynov ona barışıq təklif edib, lakin görüşə gələndə o, artıq döyülmüşdü. Bu, avqustun 8-də baş verib.

Bir gün sonra R.Əliyev xəstəxanada vəfat edib.Jurnalistin döyülməsində iştirak edən beş nəfər 9 ildən 13 ilədək azadlıqdan məhrum edilib.

Onların məhkəməsi ayrılıqda keçirilib.

Cavid Hüseynov tutulana qədər “Qəbələ” futbol klubunun kapitanı olub. Həmin kluba Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov rəhbərlik edir.

Rasim Əliyevin döyülməsi (Video)

Günün bütün mövzuları

XS
SM
MD
LG