Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:39

“İlk olaraq Cavid əvvəlki formasını bərpa etməlidir. Üstəlik bir məsələ də var ki, bunu klub rəhbərliyi ilə danışmalıyıq.

“Qəbələ” futbol klubunun vitse-prezidenti Fariz Nəcəfov yenicə həbsdən çıxmış futbolçi Cavid Hüseynovun yenidən kluba qayıtması imkanları barədə sualları cavablayarkən belə deyib.

Buna da bax: «Məhkəmə qərarını İ.Əliyevin qərarı kimi qəbul edəcəyəm»

Klub rəsmisi Report-a bununla bağlı açıqlamalarının olacağını ifadə edib.

“Rəsmi qərar verildikdən sonra bu barədə ictimaiyyətə ətraflı açıqlama veriləcək”, deyən F.Nəcəfov C.Hüseynovun kluba qayıdışının həm də mənəvi tərəfinin olduğunu qeyd edib.

“Məsələnin mənəvi tərəfi Cavidə aiddir. O, ilk olaraq psixoloji gərginliyi öz üzərindən atmalıdır”, o deyib.

“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayət işi üzrə həbs olunmuş və məhkum edilmişdi.

Məhkəmə futbolçunu 4 il azadlıqdan məhrum edən hökmdən verilmiş apellyasiya şikayətinə baxarkən, şikayətin arqumentlərini haqlı sayıb. Cavid oktyabrın 12-də azadlığa buraxılıb.

Futbolçunun gözlənilmədən azadlığa buraxılması onun qətlə yetirilmiş jurnalist Rasim Əliyevin ailəsi, həmkarları və yaxınları tərəfindən birmənalı qarşılanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG