Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:58

Tibb üzrə Nobel makafatçıları bəlli oldu


2015-ci ildə tibb üzrə Nobel mükafatı William Campbell, Satoshi Omura və Tu Youyou-ya verilib.

Mükafat onlara parazit xəstəliklər sahəsində gördükləri işlərə görə verilib.

Stokholmun Karolina universitetindəki Nobel Assambleyası bəyan edib ki, onların bir sıra ən təhlükəli parazit xəstəliklərə qarşı hazırladıqları müalicə üsulları inqilaba səbəb olub.

Əslən İrlandiyadan olanWilliam Campbella ilə yaponiyalı Omura Askorid parazitlər (yumru qurdlar tipinə aid fəsiləyə daxil olan növlər digərlərindən daha böyük və bəzən uzunluqları 40 santimetrədək olur) sahəsindəki işə, çinli Tu isə malyariyaya qarşı yeni terapiyaya görə layiq görülüb.

Mükafatın ümumi dəyəri 960 min dollardır.

2015-ci il üzrə elm, ədəbiyyat və sülh mükafatçıları isə həftənin sonlarında bəlli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG