Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:13

“Cahangirdən Cahangirə” adlı layihə təqdim olunacaq


► Cahangir Zeynalovun yubileyində nəvəsi Cahangir Novruzov tamaşa hazırlayayır.

Baba Cahangir Zeynalov

Baba Cahangir Zeynalov

Azərbaycan professional teatrının banilərindən, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri dekabrda Akademik Milli Dram Teatrında keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bununla bağlı nazirlikdə tədbirlər planı hazırlanıb.

Tədbirlər planında Cahangir Zeynalovun yubiley mərasimi çərçivəsində "Cahangirdən Cahangirə" adlı bədii layihə üzərində iş aparılır.

Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun "Qu quşunun nəğməsi" əsəri əsasında tamaşa hazırlanıb.

Tamaşada baş rolda Cahangir Novruzov özü çıxış edəcək.

Cahangir Məşədi Rza oğlu Zeynalov 1865-ci ildə Bakıda doğulub.

Nəsillikcə tacir olan bir ailədə dünyaya göz açan Cahangir uşaqlıqdan səhnəyə böyük marağı ilə seçilib.

1885-ci ildə ilk dəfə səhnəyə çıxıb. Daha sonra dövrün bir çox tamaşalarında rol alıb.

Cahangir Zeynalov XX əsrin əvvəllərində rejissor kimi də fəaliyyət göstərib.

İmkanlı adam olan Cahangir bəy evində məşq zalı, hətta səhnə quraşdırıb. Dövrün sayseçmə ziyalıları bu evdə tamaşalar göstəriblər.

Nəvə Cahangir Novruzov

Nəvə Cahangir Novruzov

1910-cu ildə Cahangir bəyin səhnəyə çıxmasının 25 illik yubileyi təntənə ilə qeyd olunub.

Buna da bax: İranda məhərrəmlik- [Fotolar]

Son dəfə səhnəyə “İsmailiyyə”də oynanan “Hacı Qara” tamaşasında baş rolda çıxıb.

Cahangir bəy 1918-ci il hadisələri dövründə ailəsini qırğınlardan qorumaq üçün İrana qaynatasının yanına aparıb.

“Ardahan” gəmisində geri qayıdarkən dənizdə fırtınaya düşüb. 8 gün gəmidə qalmağa məcbur olan Cahangir bəy tif xəstəliyinə tutulub və Bakıya döndükdən sonra vəfat edib.

Cahangir bəy Azərbaycan səhnəsinin əfsanəvi aktrisası Nəsibə Zeynalovanın atası, tanınmış rejissor və aktyor Cahangir Novruzovun babasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG