Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:59

-

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyevaqardaşının məhkəməsi ərəfəsində maliyyə naziri Samir Şərifovu saxtakarlıqda ittiham edib.

Ə.Hacıyeva ölkə başçısına müraciətində bildirir ki, Maliyyə Nazirliyinin diktəsi ilə ABB-nin indiki rəhbərliyi keçmiş rəhbərliyin ailə üzvlərinin imzalarını saxtallaşdıraraq məhkəməyə təqdim edib.

Əminə Hacıyeva deyir ki, imzaların yerli və beynəlxalq ekspertizasına nail olacaq.

O, həmçinin qeyd edir ki, başqa səhmdarlar kimi ABB-nın keçmiş rəhbərinin ailə üzvlərinin səhmləri başqa əmanətçilərə borcun ödənilməsindən ötrü satılıb. Onun bildirməsinə görə, keçmiş bankirin həyat yoldaşı Zamirə Hacıyevanın 4 milyonluq kredit kartı üzrə borcu olub . Həmin, səhmlərlə bu məbləğin ödəndiyi, lakin borcun, hələ də, bağlanmadığı iddia olunur..

Hacıyeva Maliyyə Nazirliyini bütün ittihamların C.Hacıyevə qarşı saxtalaşdırılmasında günahlandırır.

Buna da bax: Beynəlxalq Bankda yeni təyinat

O, prezidentdən günahsız insanların azadlıqdan məhrum edilməsinə yol verməməsini xahiş edir.

Maliyyə naziri Ə.Hacıyevanın müraciəti ilə bağlı, hələlik, hər hansı mövqe bildirməyib.

Cahangir Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Ona və cinayət işindəki 7 nəfərə 179.3.2 (mütəşəkkil dəstə tərkibində iri həcmdə mənimsəmə), 308.2 (ağır nəticələr verən vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.2 ( vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı), 228.4 (qanunsuz odlu silah gəzdirmə, saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Vəkillərdən Əfqan Məmmədov bir qədər əvvəl C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.

Ötən ay keçmiş bankirin həyat yoldaşı barəsində də həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının verildiyi bildirilirdi. Keçmiş baş bankirin mənimsəmədə ittiham edilən həyat yoldaşı hazırda xaricidədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG