Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:23

Reuters agentliyinin xəbərində deyilir ki, neftlə zəngin Azərbaycan özünün 2016-cı il üçün 1, 8 faiz artım proqnozunu köklü şəkildə dəyişərək geriləmənin 2, 8 faiz olacağını rəsmən təsdiq edib.

Xəbərdə deyilir ki, Azərbaycan hökumətinin bundan əvvəlki nikbin proqnozlarını ciddi beynəlxalq maliyyə təsisatları onsuz da bölüşürmürdülər və əksinə 3, 9 faiz geriləmə proqnozlaşdırırdılar.

Reuters-in yazılı suallarına cavab verən Azərbaycan İqtisadiyyat Nazirliyi bildirib ki, geriləməyə mürəkkəb beynəlxalq iqtisadi-maliyyə prosesləri, Azərbaycanın fəal ticarətdə olduğu ölkələrdə milli valyutaların ucuzlaşması kimi faktorlar təsir edib.

Nazirlik izah edib ki, 1, 8 faiz artım proqnozu 2015-ci ilkdə Beynəlxalq Valyuta Fondu (BVF) neftin qiymətini bir barrel üçün 64 dollar olaraq proqnozlaşdıranda verilmişdi.

Reuters yazır ki, neft və qaz gəlirləri Azərbaycanın büdcə gəlirinin 75 faizini və ÜDM-in 45 faizini təşkil edir.

Təbiidir ki, belə şəraitdə neft qiymətlərinin düşməsi Azərbaycan iqtisadiyyatına ağır zərbə vurmalı idi.

Bu prosesə cavab olaraq Azərbaycan bu ilin büdcəsində neftin qiymətini bir barrel üçün 25 dollardan götürüb və manatı tənzimlənən üzən məzənnəyə buraxıb.

BVF bu il Azərbaycanda ÜDM-in 2, 4 faiz azalacağını proqnozlaşdırıb, Avropa İnkişaf və Yenidənqurma Bankının proqnozu isə mənfi 3 faizdir.

Şərhləri göstər

XS
SM
MD
LG