Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Gələn ilin dövlət büdcəsində dövlət əsaslı yatırımlar da nəsibini alacaq. Bütövlükdə götürəndə, bu illə müqayisədə büdcə xərcləri 1 milyard 500 milyon manat civarında azaldılacaq. Nəticəsə, bir çox xərclər "qayçılanacaq”. İnvestisiya büdcəsi daha çox ixtisara məruz qalacaq və dövlətin əsaslı vəsait yatırımı builkindən 1 milyard 140 milyon manat və ya 38 faiz az olacaq. Bununla yanaşı, gələn il iqtisadi fəaliyyətlə bağlı sair xərcləmələr də 18,5 faiz ixtisara düşəcək. Bütün bunların baş verdiyi halda büdcə hesabına sərmayə qoyuluşunun xeyli azalması onsuz da aşağı işgüzar fəallığı daha da zəiflədəcək.

Buna da bax:​ Böhran prezidentin ehtiyat fondunu da 'vurub'

Özəl yatırımlar olmayanda...

Hökumətin büdcə siyasətini tənqid edən ekspertlər, illərdir, investisiyaların, əsasən, özəl sektor hesabına olmasını təklif edir və buna ayrıca diqqət yetirilməsini istəyirdilər. İndi - özəl yatırımlar olmadan, büdcə puluna öyrəşən iqtisadiyyatın aqibəti, təbii ki, suallı qalır.

“Tutalım, həmin sürücünün...”

İqtisadçı ekspert Natiq Cəfərli də o fikirdədir ki, son illərdə bərqərar olmuş iqtisadiyyatda büdcə-investisiya xərcləri iqtisadi fəallığın əsas hərəkətverici qüvvəsi idi: “Obrazlı desək, dövlət bir obyekt tikir, ya təmir edirdi, tenderi özlərinə yaxın şirkətlər udsalar da, orada çalışanlar maaş alır, həmin obyektə daş, qum və çınqıl daşıyan sürücü qazanırdı. Tutalım, həmin sürücünün daş-qum-çınqıl aldığı karxana qazanır, orada işləyən fəhlələr qazanır, inşaat materialları yüklənərkən, sürücü çay içib, yemək yediyindən, karxananın yanındakı balaca kafedə çalışanlar və başqaları qazanırdılar...”

Buna da bax:​ Büdcə bəyənildi - indi qaldı prezident...

“Bu bəsit model çöküb”

İndi bu sxemin dağıldığını söyləyən ekspert sözünü belə bitirir: “Bu bəsit model çöküb, ona görə də iqtisadi fəallıq dibə vurub. Belə xərclərin gələn il 38 faiz azalması iqtisadi fəallığı quyunun lap dibinə salacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG