Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:45

'Xalqı referenduma çağıranlar büdcəni niyə ondan gizlədirlər?'


«Bədxərc cənab qırmızı lent». Karikatura
«Bədxərc cənab qırmızı lent». Karikatura

Gələn ilin dövlət büdcəsinin layihəsi oktyabrın 15-dək Milli Məclisə təqdim edilməlidir. Bir-iki rəsmi açıqlama nəzərə alınmasa, büdcənin əsas göstəriciləri də hələ bəlli deyil. Bütövlükdə götürəndə, dünya parlamentləri arasında ən sürətli büdcə müzakirələrinin məhz Azərbaycanda getdiyini iddia etmək olar. Büdcəni təsdiqləməyə dekabrın 20-dək zamanı olsa da, Milli Məclis müzakirələrə, adətən, 3-5 gün ayırır. Beləcə, parlamentin büdcə səlahiyyətlərinə dair Beynəlxalq Valyuta Fondunun 5 əsas meyarından biri - büdcənin parlamentdə müzakirə müddəti haqqında tələb pozulur.

Parlamentin iştirakı nəzərdə tutulmur

Sözügedən prosesin tədqiqi göstərir ki, Azərbaycanda qanunverici hakimiyyətin büdcə qərarlarına real təsiri elə də çox deyil. Qüvvədə olan qanunvericilik növbəti ilin büdcə layihəsinin hazırlanmasında parlamentin iştirakını nəzərdə tutmur.

Buna da bax-Azərbaycan büdcəsi neft pulu olmasa...

Layihənin hazırlanması təxminən 9 aylıq dövrü əhatə edir (yanvarın sonuncu ongünlüyündən sentyabrın 25-dək). Parlament büdcə proseslərinə yalnız bu mərhələdən sonra - büdcə layihəsi parlamentin müzakirəsinə çıxarılarkən, qoşula bilər. Prosesin əvvəlki mərhələlərinə hər hansı bir formada qatıla bilməməsi, büdcə qanunu ilə birgə müzakirəyə təqdim edilən sənədlərin irihəcmli olması, eləcə də qanunvericilikdə müzakirələrə cəmi 2 ay vaxtın nəzərdə tutulması deputatların büdcə sənədləri ilə dolğun tanışlıq imkanlarını xeyli məhdudlaşdırır.

Rövşən Ağayev
Rövşən Ağayev

“Büdcə cəmi 2 həftədən sonra parlamentə təqdim edilməlidir”

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, cəmi 2 həftədən sonra 2017-ci ilin dövlət büdcəsi parlamentə təqdim edilməlidir, di gəl, büdcənin ən ümumi göstəriclərindən də cəmiyyətin məlumatı yoxdur: “Hələ onu demirəm ki, hazırlanma mərhələsində büdcə vətəndaş cəmiyyəti və deputatlarla, müxtəlif sosial qruplarla müzakirə edilməlidir”.

Buna da bax-Devalvasiya hesabına dolan büdcə

Ekspert qonşu ölkəni misal göstərir: “Gürcüstanda büdcə layihəsi oktyabrın 1-dək parlamentə təqdim edilməlidir. Amma ölkə prezidentinin öhdəliyi var ki, büdcənin əsas parametrlərini, ən geci, mayın 1-də parlamentə göndərsin. Millət vəkilləri də bunlarla tanış olub prezidəntə qaytarırlar. Sonrakı 4 ayda büdcə yenidən işlənir və parlamentə təqdim edilir”.

“Cəmi 4 iclasdan sonra təsdiqlənir”

Digər postsovet ölkəsi Estoniyadan da nümunə gətirən R.Ağayev deyir ki, orda büdcə müzakirələri indi başlasa da, sənəd internet vasitəsilə aprel ayında ictimailəşdirilir: “İnsanlar oxuyur, rəy yazır. Bizdə isə büdcə oktyabrın 15-də parlamentə gəlir, ayın 25-də deputatlara paylanır, komitələrdəki, vur-tut, 4 iclasdan sonra (hər bir iclas, ortalama, 4 saat çəkir) təsdiqlənir”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Heç bir fiskal qaydaya əsalanmadan açıqlanan bu rəqəmin... ”

Başqa bir ekspert Qubad İbadoğlu da yada salır ki, büdcə təqviminə uyğun layihə sentyabrın 22-də prezidentə təqdim olunub: “Maliyyə nazirinin verdiyi məlumata görə, 2017-ci ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 1 barrelə görə 40 dollar səviyyəsində götürülüb. Yenə onun sözlərinə görə, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert bu illə müqayisədə 1,5 milyard manat azalacaq. Azalma tendensiyasını müsbət qiymətləndirsək də, heç bir fiskal qaydaya əsalanmadan açıqlanan bu rəqəmin necə hesablanması sual doğurur”.

Ekspertin fikrincə, cavablandırılması ən vacib sual budur: “Hökumət niyə indiyədək büdcə göstəricilərini, ümumi də olsa, ictimaiyyətə açıqlamır? Xalqı referenduma çağıranlar büdcəni niyə ondan gizlədirlər?”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG