Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

►Dünyadakı dövlət büdcələrinin şəffaflığı reytinqi açıqlanıb.

Bu sahədə şəffaflığı qiymətləndirən yeganə müstəqil və müqayisəli ölçü olan “Açıq Büdcə İndeksi”nin 2015-ci il raundunun nəticələri elan edilib.

Azərbaycan indeksdə 100 mümkün baldan 51-ni toplayaraq indeksin 2012-ci il raundunun nəticəsi (42 bal) ilə müqayisədə mövqeyini yaxşılaşdırıb.

Beləliklə, əgər Azərbaycan “Açıq Büdcə İndeksi 2012”dəki qiymətləndirməyə qatılan 100 ölkə arasında 58-ci yerdə qərarlaşmışdısa, bu il 102 ölkə arasında 42-ci yerdə mövqe tutub. Azərbaycanın bu ilki indeksdə topladığı bal qlobal ortalamadan (45 bal) bir qədər yüksəkdir.

Həmçinin oxu: Avropa Parlamentindən Azərbaycana görünməmiş sərt qətnamə

“Açıq Büdcə İndeksi” 140 sualdan ibarət “Açıq Büdcə Sorğusu”nun (Open Budget Survey) 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökümət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.

2014-cü ilin martından 2015-ci ilin sentyabrınadək ilyarımlıq dövrdə dünyanın 102 ölkəsində eyni vaxtda aparılan bu qlobal tədqiqat layihəsinin Azərbaycan üzrə tədqiqatçısı Kənan Aslanlı bildirir ki, Azərbaycanın mövqeyinin indeksdə yaxşılaşmasının əsas səbəbi Maliyyə Nazirliyinin vətəndaş büdcəsini hazırlayıb ictimaiyyətə təqdim etməsidir:

“Bununla belə büdcəöncəsi bəyanat və yarımillik büdcə icmalı sənədlərinin beynəlxalq standartlara uyğun olaraq vaxtında hazırlanıb açıqlanmasına ehtiyac var. O da birmənalıdır ki, yalnız şəffaflıq dövlət maliyyəsinin səmərəli idarəetməsinə yetərli deyil və büdcə prosesində ictimai iştirakçılıq imkanlarının genişləndirilməsi də zəruridir. Azərbaycan büdcə prosesində ictimai iştirakçılıqla bağlı qiymətləndirmədə 100 mümkün baldan 19 bal toplayıb (qlobal ortalama 25). Bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün Maliyyə Nazirliyi və Milli Məclisin İqtisadi Siyasət Komitəsi dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş açıq ictimai dinləmələr keçirə bilər.

Həmçinin oxu: Manatla əmanətlər sürətlə azalır

Kənan Aslanlı deyir ki, indeksin Azərbaycan üzrə ölkə hesabatına görə, parlamentin və ali audit qurumu olan Hesablama Palatasının büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində effektiv təsir imkanları gücləndirilməlidir. Bundan başqa Milli Məclisin nəzdində ixtisaslaşmış büdcə tədqiqatları ofisi formalaşdırılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG