Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

Büdcə vəsaitlərini israf edən məmurlar cinayət məsuliyyətinə cəlb oluna bilər. Ölkə parlamenti bununla bağlı qanunvericiliyə əlavələr etməyə hazırlaşır.

APA-nın xəbərinə görə, dəyişiklik təklifləri qəbul olunarsa, məqsədli büdcə fondları və büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə edilməməsi cinayət məsuliyyəti yaradacaq.

Bununla bağlı «Büdcə sistemi haqqında» qanuna əlavələr edilməsi nəzərdə tutulur. Əlavələrin qanunun iki maddəsinə ediləcəyi gözlənilir.

Qanunun 5.3-cü maddəsinə edilən əlavəyə görə, büdcə vəsaiti təyinatı üzrə istifadə edilmədikdə, vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Digər əlavənin qanunun 27-ci maddəsinə edilməsi nəzərdə tutulur. Əlavə kimi təklif edilən 27.6-cı maddədə oxuyuruq: «Büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar».

Sözügedən qanunun hazırda qüvvədə olan mətnində büdcə vəsaitini israf edənlərin cinayət məsuliyyəti ilə bağlı birbaşa göstəriş nəzərdə tutan müddəa yox idi. Qanunda qeyd edilir ki, büdcə vəsaitinin başqa məqsədlərə xərclənməsinə yol verilmir.

Layihə parlamentin oktyabrın 14-də keçiriləcək toplantısında müzakirə ediləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG