Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:04

Yalnız Bakı özünü dolandıra bilir


Bakıda neft buruğu
Bakıda neft buruğu

«2017-ci ilin dövlət büdcəsi şərh edilərkən öz gəlirləri xərclərini təmin edən, yəni özünü sərbəst dolandıra bilən rayon və şəhərlərin sayının 6-dan 33-ə çatdığı bildirilir. Reallıqda isə Azərbaycanın 33 rayonunun öz xərclərini ödəyəcəyini demək doğru deyil».

İqtisadçı Rövşən Ağayev belə hesab edir.

R.Ağayev bildirir ki, 2017-ci ildə yerli xərclər 2 dəfə - 1.541 milyard manatdan 718 milyon manatadək azaldılır. Rəsmi məlumata görə, 2017-ci ildə yerli gəlirlərin məbləği (642.4 milyon manat) 2016-cı ilə nisbətən (766.3 milyon manat) az proqnozlaşdırılır.

Buna da bax-Azərbaycanın 37 şəhər və rayonu öz-özünü dolandıracaq

«Yəni, gəlirlərdə elə bir artım yoxdur ki, xərcləri qarşılama imkanları genişlənsin. Yerli xərclərin təxminən 98 faizi 4 istiqamət təşkil edir. Təhsil, səhiyyə, rayon icra hakimiyyətlərinin və bəzi nazirliklərin yerli aparatlarının saxlanması. Bir də mənzil-kommunal və yerli əhəmiyyətli mədəniyyət, idman obyektlərinin ehtiyacları. Öz növbəsində indiyədək bütün yerli xərclərin də təxminən 60 faizini təhsil xərcləri təşkil edib. Hökumət 2017-ci ildən orta məktəblər üzrə təhsil xərclərini yerli xərclərin tərkibindən çıxarır», - deyə R.Ağayev bildirib.

O, qeyd edib ki, həmin xərclər gələn ildən mərkəzi hakimiyyətin xərcləri hesab olunacaq. Səbəb isə odur ki, rayon təhsil idarələri regional formata keçir.

Ekspertin fikrincə, eyni məntiqlə sabah səhiyyə xərclərini də tam mərkəzləşdirməklə və yerli hakimiyyətlərin xərc yükünü qayçılamaqla 33 deyil, ən azı 50 bölgəni «maliyyə cəhətdən müstəqillik qazanmış ərazi» qrupuna keçirtmək olar.

Buna da bax-Yeni büdcə: Hökumət vədini tuta bilmir?

«Real qiymətləndirmə aparılsa, dövlət büdcəsinin 16 milyard manatdan çox xərcləmələrinin ən azı yarısı yerlərin payına düşür. Amma yerli xərc hesab olunmur. Əgər nəzəri olaraq, büdcə ayırmalarını xərclənmə yerinə görə qruplaşdırsaq, məlum olacaq ki, yerli gəlirlər yerli xərclərin heç 10 faizini belə qarşılamağa yetərli deyil. Belə təsnifat olsa, Bakıdan savayı heç bir ərazi öz xərclərini qarşılaya biləcək gəlirlər formalaşdıra bilməz», - deyə R.Ağayev qeyd edir.

Sentyabrın 29-da Maliyyə Nazirliyi öz saytında 2017-ci ilin dövlət büdcəsinin layihəsini yerləşdirib.

Dövlət büdcəsinin gəlirləri 15.9, xərcləri isə 16.6 milyard manat proqnozlaşdırılır.

2016-cı ilin büdcəsində gəlirlər 16.5 mlrd, xərclər isə 18.3 milyard manat müəyyən edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG