Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 23:05

Azərbaycanlı futbolçu Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək.

O gənclərdən ibarət Azərbaycan millisinin üzvüdür.

"Sportinq" klubuna transfer olunan 21 yaşlı yarımmüdafiəçiilə 5 illik müqavilə imzalayıb.

Budaq Nəsirov bu komandada 86 nömrəli formada çıxış edəcək.

Məlumatı "Sportinq"in rəsmi saytı yayıb.

Məlumata görə, əgər futbolçu vaxtından əvvəl başqa komandaya keçsə, kluba təzminat kimi, 60 milyon avro ödənilməli olacaq.

Qeyd edək ki “Sportinq” son mövsüm yerli çempionatda gümüş medal qazanıb və Çempionlar Liqasında mübarizə aparacaq.

Budaq Nəsirov müqavilə ilə "Sumqayıt"a məxsus olsa da, son mövsüm "Kəpəz"də oynayıb.

Qeyd edək ki, bundan əvvəl azərbaycanlı futbolçular Elnur Cəfərov Portuqaliyanın "Tondela", Emin Mahmudov isə "Boaşvişta" klubuna keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG