Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:44

Prezident məktəbin açılışında xarici qüvvələri hədəfə aldı


İlham Əliyev Sabunçudakı 311 nömrəli tam orta məktəbin açılışında, 15.09.2016
İlham Əliyev Sabunçudakı 311 nömrəli tam orta məktəbin açılışında, 15.09.2016

İlham Əliyev: «Bizə təzyiqlər ona görə artır ki,...»

«Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Ona görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır».

Prezident İlham Əliyev sentyabrın 15-də Sabunçudakı 311 nömrəli tam orta məktəbin açılışında belə deyib. Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Ölkə başçısı əlavə edib ki, «bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil».

«Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki, xaricdən idarə olunur, o ölkələr dağıdılır»

«O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır…»

«Bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək. Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki, xaricdən idarə olunur, o ölkələr dağıdılır», prezident deyib.

Buna da bax:​ İlham Əliyev: «Belə gözəl məktəblər inanmıram ki, hansısa başqa bir ölkədə tikilsin»

«Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil».

İlham Əliyev Yaxın Şərqdəki duruma toxunub, son 10 il ərzində orda milyonlarla insanın həlak olduğunu vurğulayıb.

«Bunu edənlər xarici qüvvələrdir. Ona görə, bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz. Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcəklər».

«Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur. Öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil»

«Biz bütün istiqamətlər üzrə inkişafdayıq»

İ. Əliyev çıxışında iqtisadi göstəriciləri də yada salıb.

«Bu gün biz, bütün istiqamətlər üzrə inkişafdayıq, güclü iqtisadiyyat qurmuşuq, güclü sosial sahə yaratmışıq. 3 mindən çox məktəb, 600-dən çox xəstəxana – bütün bunlar Azərbaycan dövlətinin gördüyü işlərdir. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur. Öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil», prezident deyib.

Buna da bax:​ Prezident deyir, “oxuyurlar”, 2-ci şəxs deyir, “savadsızlıq qayıdır”...

«Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir».

«100 faizlik savadlılıq...»

Ölkə başçısı Azərbaycanda təhsilin səviyyəsindən də razılıq edib.

«Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar. Gələcəkdə özlərinə gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaqdan ötrü islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır»...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG