Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:35

►Bundan əvvəl ölkə 7 min qaçqını qəbul etməyə razılıq vermişdi

Polşanın baş naziri Beata Szydło bildirib ki, ölkənin yeni hökuməti qaçqın qəbul etməkdən imtina eləyib.

Bundan əvvəl Polşa Suriya və Eritreyadan gəlmiş, hazırda İtaliya və Yunanıstanda müvəqqəti düşərgələrdə yerləşdirilmiş 150 min qaçqının 7 minini qəbul etmək barədə Avropa İttifaqı ilə razılığa gəlmişdi.

"Mən tamamilə açıq bəyan edirəm: mən mövcud vəziyyətdə Polşanın hər hansı miqrantı necə qəbul edəcəyini anlamıram," deyə baş nazir bildirib.

Polşa hökumətinin mətbuat katibi Rafał Bochenek açıqlamasında bildirib ki, baş nazirin qərarı Brüsseldə baş vermiş terror hücumları ilə bağlıdır. Bichenek əlacə edib ki, Avropaya Yaxın Şərqdən gələn qaçqınları yoxlamaq üçün istifadə olunan sistem effektiv deyil.

AzadlıqRadiosunun gündəlik televiziya xəbərlərinə Türksatda bax (Ətraflı)

"Yaxın Şərqdən gələn miqrantların yoxlanması sistemi işləmədikcə miqrantların köçürülməsi və Aİ ölkələri arasında paylaşdırılması barədə danışmaq çətindir," deyə mətbuat katibi qeyd edib.

"Biz imkan verə bilmərik ki, hazırda Qərbi Avropada baş verən hadisələr Polşa ərazisinə keçsin. Biz Polşa vətəndaşlarını belə vəziyyətlərdən qorumaq istəyirik," deyə əlavə edib.

Sağçı "Qanun və ədalət" partiyası keçən ilin oktyabrında Polşada hakimiyyətə gəlib. Bu partiyanın nümayəndələri elə seçkidən qabaq da əvvəlki hökumətin 7000 qaçqını qəbul etmək barədə qərarından narazı olduqlarını bildirmişdilər.

Buna da bax: Anar Məmmədli: Soruşdu ki, Google kimdir?

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Günün bütün mövzuları

XS
SM
MD
LG