Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Suriyada Britaniya Kral Hərbi Hava Qüvvələrinin raket zərbələrinə icazə verən qanun parlamentdə qəbul edildikdən bir neçə saat sonra əməliyyatlara başlanıb

Britaniya parlamenti səs çoxluğu ilə ölkənin Suriyadakı İslam Dövləti adlanan təşkilata hava zərbələrinin endirməsinə səs verib.

Suriyada Britaniya Kral Hərbi Hava Qüvvələrinin raket zərbələrinə icazə verən qanun 397 leyhinə, 223 əleyhinə nisbəti ilə qəbul edilib.

BBC xəbər verir ki, müxalif Leyborist Partiyasından 67 millət vəkili hökumətin təklifinə qoşulub.

“Orta əsr əcinnələri”

10 saat davam edən debatların gedişində baş nazir David Cameron deyib ki, “Britaniyanın təhlükəsziliyi naminə “İD-in orta əsr əcinnələrinə” qarşı hərbi müdaxilə zəruridir”.

Kral Hərbi Hava Qüvvələri Suriyada İŞİD-ə raket zərbələri endirəcək

Kral Hərbi Hava Qüvvələri Suriyada İŞİD-ə raket zərbələri endirəcək

Hökumət bəyan edib ki, Suriyada hava zərbələri çox az bir müddətdə başlaya bilər.

Britaniyanın xarici işlər naziri Philip Hammond işarə etmişdi ki, ölkənin hərbi hava qüvvələri artıq bu cümə axşamı Suriya səmalarında uça bilər. Lakin sonradan məlum olub ki, bombardman artıq başlanıb.

Kral Hərbi Hava Qüvvələrinin 8 bombardmançı təyyarəsi əməliyyatları Kiprdəki Akrotiri bazasından aparır.

Ana müxalifətin əsas partiyası olan leyboristlərin lideri Jeremy Corbyn Britaniyanın İŞİD-ə qarşı hava kampaniyasının qızğın əleydarıdır.

Cameron üzr istəməyib

Debatlar zamanı Corbyn baş nazirdən hava zərbələrinin əleyhinə səs verəcək millət vəkillərini “İŞİD rəğbətlisi” adlandırdığına görə üzr istəməsini tələb etsə də, Cameron bu tələbi rədd edib.

İslam Dövləti bizim demokratiyamızı, bu gün burada səs verə bilmək hüququmuzu təhqir edib

Parlament müzakirəsində Corbyn-in kölgə xarici işlər naziri Hilary Benn Suriyada hava zərbələrinə dəstək üçün bütün millət vəkilləri tərəfindən sürəkli alqışlar qazanan “alovlu çıxış” edib.

O deyib ki, İslam Dövləti “bizim demokratiyamızı, bu gün burada səs verə bilmək hüququmuzu təhqir edib”.

Cənab Benn İŞİD-i “faşist” adlandırb və əlavə edib ki, “faşisti məğlub etmək danılmaz vəzifədir”.

Maraqlıdır ki, keçmiş leyborist hökumətinin əksər keçmiş nazirləri Suriyaya müdaxilə məsələsində Cameron-un tərəfini saxlayıblar.

Əhali dəstəkləyir

Təhlilçilər deyirlər ki, parlament səsverməsi bircə ay əvvəl keçirilsə idi, sözü gedən qərar heç cür qəbul edilə bilməzdi. Lakin Paris basqınlarının ardınca Britaniya ictimaiyyətinin Suriyaya hərbi müdaxiləyə münasibəti xeyli dəyişib.

Parlament müzakirələrinin davam etdiyi saatlarda Londonda izdihamlı antimüharibə yürüşü keçirilsə də, indi Britaniya əhalisinin yarıdan çoxu ölkənin Suriyada İŞİD-ə qarşı raket zərbələrinə tərəfdardır.

Çərşənbə günü Almaniya bundestaqında da ölkənin Suriyaya hərbi müdaxiləsinə dair debatlar keçirilirdi.

Hökumət kabineti Suriyaya hərbi müdaxilə barədə qərarı artıq dəstəkləyib.

Bundestaq bu qərara qarşıdan gələn cümə günü səs verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG