Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:49

Britaniya Rusiyanı təhlükələr siyahısına salıb


Rusiyanın xarici işlər naziri Londonda, 2013-cü il.

Rusiyanın xarici işlər naziri Londonda, 2013-cü il.

Londonda çıxan “Times” qəzetinin məlumatına görə Rusiya Britaniyanın “Təhlükəsizlik Strategiyası”na daxil edilib.

Londonda çıxan “Times” qəzetinin məlumatına görə Rusiya Britaniyanın “Təhlükəsizlik Strategiyası”na daxil edilib.

Beş il bundan əvvəl tərtib edilmiş redaksiyada Rusiyanın adı çəkilmirdi.

Rusiyanın təhlükələr siyahısına daxil edilməsi onun Krımı ilhaq etməsi, Kalininqrad vilayətində hərbi kontingentini artırması ilə əlaqədardır

Times adının çəkilməsini istəməyən hökumət rəsmisinə istinadən bildirir ki, Rusiyanın təhlükələr siyahısına daxil edilməsi onun Krımı ilhaq etməsi, Kalininqrad vilayətində hərbi kontingentini artırması və NATO ölkələrinin sərhədləri boyunca bombardmançı təyyarələri uçurması ilə əlaqədardır.

Maraqlıdır ki, Britaniya üçün təhlükələr siyahısına həm də ilk dəfə olaraq Rusiyada qadağan olunmuş İslam Dövləti adlı qruplaşma da daxil edilib.

Times xəbər verir ki, bu iki bənddən başqa strateji təhlükələrin siyahısı dəyişməyib.

Ekspertlər bildirirlər ki, Britaniya müdafiə xərclərinin strukturuna yenidən baxır və buna görə də strateji təhlükələrin müəyyən edilməsi zəruridir.

Təhlükə dolayısı ilədir

Britaniya şərhçilərinin fikrincə, Rusiyanın təhlükələr siyahısına salınması o demək deyildir ki, Moskva Britaniyaya hərbi müdaxilə edə bilər. Lakin NATO-da narahatdırlar ki, alyansın Rusiya ilə həmsərhəd bir sıra üzvləri üçün ciddi və real təhlükələr mövcuddur. Bu isə o deməkdir ki, Ukraynadan fərqli olaraq Polşa və ya Baltika ölkələri təcavüzə məruz qalarlarsa, onda alyans öz nizamnaməsinin 5-ci maddəsinə əməl etməli olacaq. Bu, Rusiya ilə birbaşa müharibə demək olardı.

Rusiyanın təhlükələr siyahısına salınması o demək deyildir ki, Moskva Britaniyaya hərbi müdaxilə edə bilər

Müşahidəçilərin qənaətinə görə, Rusiya Britaniya üçün məhz bu baxımdan təhlükə təşkil edir.

Digər tərəfdən NATO özünün Şərqi Avropadakı müttəfiqlərinin ərazisində yeni bazaların yaradılmasına o qədər də həvəsli deyil. Alyansda hər halda Rusiya ilə münasibətlərin yaxşılaşacağına inanmaq istəyirlər.

Buna baxmayaraq, Şərqi Avropa ölkələrində NATO-nun avanqard birləşmələri artıq yaradılır. Onların kontingenti rotasiya əsasında dəyişəcək və bir çoxları, əsasən də Rusiyada, bu birləşmələri elə hərbi baza hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG