Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:22

Şotlandiya və Uels hökumətlərinin Britaniyanın Avropa İttifaqından çıxmasının qanuniliyi barədə Ali Məhkəmənin prosesində iştirakına icazə verilib.

Britaniyanın baş naziri Theresa May dəfələrlə bildirib ki, Britaniyanın ittifaqdan çıxmasına dair referendumun nəticəsi mütləq icra olunacaq və ayrılmanın rəsmi başlanğıcı üçün Avropa İttifaqı nizamnaməsinin 50-ci maddəsi 2017-ci il martın sonunadək işə salınacaq.

Lakin hökumətin belə bir addımı atması getdikcə mürəkkəbləşir. Bundan əvvəl Ali Məhkəmə referendum nəticəsinin parlamentdə müzakirə və təsdiq olunmasını tələb edən hökm çıxarıb.

Rəsmi London bu hökmlə bağlı apellyasiya verib, lakin hüquqi çək-çevir səngimək bilmir.

Ali Məhkəmənin hökmündə deyilir ki, ölkənin konstitusiyasına görə referendumların legal yox, məşvərət hüququ var.

Başqa sözlərlə parlamentin referendumun nəticəsini rədd etməsi praktik cəhətdən tamamilə mümkündür.

Ali Məhkəmənin növbəti dinləməsi dekabrın 5-də keçirləcək. Vəziyyəti qəlizləşdirən budur ki, Britaniyada keçirilmiş Avropa referendumunda İngiltərə və Uels Avropa İttifaqından çıxmağa, Şotlandiya isə qalmağa səs verib.

Bundan əlavə Şotlandiya hökuməti bildirib ki, Britaniya Avropa İttifaqından çıxsa, şortlandlar daha bir müstəqillik referendumu keçirəcəklər.

Təhlilçilər isə bildirilər ki, bu mübahisə erkən parlament seçkiləri və hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG