Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:41

Britaniya müsəlmanları ekstremizmlə mübarizəni əllərinə alırlar


Britaniya müsəlmanları

Britaniya müsəlmanları

Britaniyanın müsəlman liderləri radikallaşma əleyhinə təşəbbüsə başlayırlar. Bu təşəbbüs hökumətin ziddiyyətli "Prevent" proqramına qarşı irəli sürülür.

Tənqidçilər bu proqramın səmərəsiz olduğunu və ayrıseçkilik yaratdığını iddia edirlər. https://www.rt.com/uk/363483-muslim-council-prevent-extremism/

Britaniyanın Müsəlman Şurasının (MCB) təklif etdiyi sxem gələn iş işə salınacaq. Layihə bütün ölkədə müsəlman icma qrupları tərəfindən gerçəkləşdiriləcək.

Buna da bax:​ Britaniyada məscidləri qeyri-müsəlmanların üzünə açılır

GƏNC NƏSLİ TERRORİZMDƏN QORUMAQ

Hökumətin həyata keçirdiyi "Prevent" proqramında çox sayda polis və təhlükəsizlik agentlikləri iştirak edir. Ancaq "Prevent"dən fərqli olaraq, bu yeni plan gənc nəsli terrorizmin caynaqlarından qorumaqdan ötrü icmalarla işləyəcək.

Məscidlər təşəbbüsün mərkəzi elementi olacaq. "The Guardian" icma rəhbərlərinin, keçmiş polis işçilərinin və ruhi sağlamlıq mütəxəssislərinin bu sxemi dəstəkləyəcəyini yazır.

“Terror zülmündən qurtarmaq üçün müsəlman icmalarının və bütün icmaların bərabər tərəfdaşlar kimi birlikdə işləməsi vacibdir. ...Britaniyada hökumət müsəlman icmaları ilə danışmır. ...Hökumət müsəlman icmaları ilə danışmalıdır, onları dinləməlidir", deyə MCB baş katibinin köməkçisi Miqdaad Versi bildirib.

Buna da bax:​ 'Aeroportlardakı yoxlamalar müsəlmanların mənliyini aşağılayır'

Hökumətin "Prevent" proqramı hüquq müdafiə qruplarının və dini liderlərin tənqidi ilə üzləşib. Onlar bu proqramın ümumi işə ziyan vurduğunu, kömək etməyə çalışdığı insanları yadlaşdırdığını deyirlər.

MÜSƏLMANLARI İZLƏMƏK

2015-ci ildə hökumət məktəbləri və başqa ictimai müəssisələri uşaqlarda radikallaşma əlamətlərini izləyərək bu barədə məlumat verməyə çağırıb. Ancaq radikallaşma əlamətlərinin nədən ibarət olması barədə təlimat verilməyib. Ona görə də tənqidçilər bu proqramın əslində müsəlmanları izləmək məqsədi daşıdığını deyirlər.

Müsəlman icmalarında "Prevent"lə bağlı belə bir güclü hiss var ki, əgər bu, casusluq proqramı deyilsə, onda ən azı, onları hədəfə alır.

Buna da bax: Avropalıların müsəlmanlara münasibəti pisləşib- [Rəqəmlər]

Ancaq hökumət "Prevent"i müdafiə edir.

«"Prevent" nəzərdə tutduğu insanlarla qətiyyən cinayətkar kimi davranmır. Strategiya ondan ibarətdir ki, insanların həssas duruma düşməsi vaxtında aşkarlansın və bu adamlar terrorçuların tilsiminə qarşı dayanmaqdan ötrü möhkəmləndirilsin», deyə hökumət rəsmisi bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG