Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:06

London ordunu və BBC-ni gücləndirir


Baş nazir David Cameron və Typhoon qırıcısı

Baş nazir David Cameron və Typhoon qırıcısı

Britaniyanın baş naziri David Cameron deyib ki, Britaniyaya Paris basqınına bənzər terror hücumu olsa, London 10 minlik qoşun çıxaracaq.

Britaniyanın baş naziri David Cameron deyib ki, Britaniyaya Paris basqınına bənzər terror hücumu olsa, London 10 minlik qoşun çıxaracaq.

Britaniyanın baş naziri bu bəyanatı ölkənin müdafiə xərclərinin daha 12 milyard funt sterlinq artırılacağı barədə planlarından danışarkən verib.

Baş nazir deyib ki, nazirlər Trident nüvə qoruyucusunu ləğv etmək istəsələr də, bu planlar 2030-cu ilədək təxirə salınıb.

Bununla yanaşı, Cameron deyib ki, bu parlamentin müddəti bitənədək Müdafiə Nazirliyində işləyən mülkilərin sayı 30 faiz ixtisar ediləcək.

Həmkarlar ittifaqları bu planları “fəlakətli” adlandırıb.

Zərbə briqadaları

Hökumətin Strateji Müdafiə və Təhlükəsizlik hesabatını təqdim edən baş nazir deyib ki, hər birinin 5 min əsgəri qüvvəsi olan iki “zərbə briqadası” yaradılacaq.

Ölkənin casuslar ordusuna – Mİ5, Mİ6 və GCHQ qurumlarına 1900 nəfər qəbul olunacaq

Bundan əlavə ölkə F-35 qırıcıları parkını genişləndirəcək. Hərbi hava qüvvələrinə yeni dəniz keşikçi təyyarələri və dronlar əlavə olunacaq.

Bundan əvvəl David Cameron Fransa prezidenti Francois Hollande-la görüşündə Londonun Parislə antiterror həmrəyliyini elan etmişdi.

Hökumətin 10 il müddətinə 178 milyard funt sterlinqlik xərclərindən danışan baş nazir deyib ki, ölkə əlavə olaraq 9 ədəd Boeing P8 təyyarəsi alacaq, iki Tyhoon eskadriliyası yaradılacaq, cəbbəxanaya 24 ədəd yeni F35 qırıcısı daxil olacaq.

Cameron deyib ki, xüsusi təyinatlı qüvvələr üçün silah və helikopterlərin alınmasına əlavə olaraq 2 milyard funt sterlinq xərclənəcək.

BBC-yə ildə 85 milyon funt sterlinq

Ölkənin casuslar ordusuna – Mİ5, Mİ6 və GCHQ qurumlarına 1900 nəfər qəbul olunacaq.

BBC-nin baş direktoru Tony Hall

BBC-nin baş direktoru Tony Hall

Maraqlıdır ki, ölkənin müdafiə və təhlükəsizlik planlarına dünya boyunca BBC xidmətlərinin gücləndirilməsi də daxil edilib.

Hökumət bu məqsədlə BBC dil xidmətlərinə ildə 85 milyon funt sterliq vəsait ayıracaq.

Baş nazir həmçinin vəd edib ki, İraqdan başqa, Suriyada da hava zərbələrinin həyata keçirilməsi məsələsini millət vəkillərinin müzakirəsinə çıxaracaq.

Lakin müxalif leyboristlərin lideri Jeremy Corbyn baş nazirdən “Liviya, İraq, Əfqanıstan və başqa yerlərdə alınmış dərsləri İraq və Suriyada münaqişənin eskalasiyasına necə tətbiq edəcəyini” soruşub.

Liberal-demokratların lideri Tim Farron isə deyib ki, “yalnız bu hökumət çevik zərbə qüvvələrini on ilə yarada bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG