Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

'Britaniya parçalana bilər'- Zərdüşt Əlizadə


23 iyun referendumunda britaniyalılar Avropa Birliyindən çıxmağa səs veriblər. Onların 52 faizi çıxmağa «hə», 48 faizi «yox» deyib.

Xəbər daim yeniləndiyindən ən son məlumat yazının əvvəlindədir.​

17:50 24.6.2016

'Britaniya iqtisadi cəhətdən udub'- Oqtay Haqverdiyev

“Britaniya siyasi cəhətdən uduzsa da, iqtisadi cəhətdən udub”.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçıOqtay Haqverdiyev belə düşünür.

O, Britaniyanın Avropa Birliyini tərk etməsinəmünasibət bildirib. Ətraflı

16:23 24.6.2016

“Avropa Birliyi bir layihə kimi cazibədarlığını itirib”

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

“Britaniyanın Avropa Birliyinin tərkibindən çıxması bu qurumun cazibədarlığını azaldır. Siyasi şərhçi Zərdüşt Əlizadə bu fikirdədir.

Onun sözlərinə görə, bu fakt, xüsusilə, keçmiş post sovet ölkələrində antiavropa tərəfdarlarının əlinə böyük girəvə verir: “Gürcüstanda, Ermənistanda, Ukraynada, Belarusda, elə Azərbaycanda da belə bir eyforiya vardi ki, biz Avropa Birliyinə girsək, bütün işlərimiz düzələcək, demokratiya sürətlə gələcək, Şərq Tərəfdaşlığı böyük bir irəliləyişə yol açacaq. Amma İngiltərə göstərdi ki, Avropa Birliyi bir layihə kimi cazibədarlığını itirib”.

Müsahibimiz hesab edir ki, Britaniya da bu qərarının mənfi təsirlərini Şotlandiyanı, hətta ola bilsin ki, Şimali İrlandiyanı itirəndə hiss edəcək. (Ətraflı)

15:25 24.6.2016
Rasim Musabəyov

Rasim Musabəyov

«Bizi Avropaya yaxın buraxan var ki?»

Deputat Rasim Musabəyovun fikrincə, Avropa Birliyi Britaniyanın qurumdan çıxmaq qərarı ilə dağılan deyil. Ətraflı burada oxu

14:29 24.6.2016
Jens Stoltenberg

Jens Stoltenberg

«Britaniyanın NATO-da rolu dəyişməyəcək»

NATO-nun baş katibi Jens Stoltenberg deyir ki, Britaniyanın alyansdakı mövqeyi dəyişilməz qalacaq. İyunun 23-də britaniyalılar Avropa Birliyindən çıxmağa «hə» deyiblər.

Stoltenberg iyunun 24-də deyib ki, Birləşmiş Krallıq AB ilə münasibətlərində yeni mərhələni müəyyənləşdirdiyi bir zamanda «NATO-nun güclü və sadiq müttəfiqi» kimi qalacaq.

Onun sözlərincə, NATO AB ilə daha sıx əməkdaşlığa tərəfdardır və qətiyyətli NATO təlatümlü dünyada sabitliyin əsas sütunudur.

Referendumdan öncə Stoltenberg xəbərdarlıq edirdi ki, «parçalanmış Avropa qeyri-sabit və proqnozlaşdırılması mümkün olmayan duruma töhfəsini verəcək».

Davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG