Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

Britaniya funtunun məzənnəsi bu gün – oktyabrın 7-də ABŞ dollarına nisbətdə bir neçə dəqiqə içərisində 6% enib.

Asiya birjalarında investorlar bu qəfil dinamikadan sarsılıblar. Təhlilçilər buna görə kompüterləşmiş treydinq proqramlarını günahlandırırlar. Bu barədə money.cnn.com saytı yazır.

SON 31 İLİN ƏN AŞAĞI HƏDDİ

«Asiyada növbəti sakit gün yaşanırdı və birdən-birə bütün işıqlar qırmızı oldu», - Sinqapurdakı «ThinkMarkets» broker şirkətinin baş təhlilçisi Matt Simpson deyir.

Funt onsuz da artıq özünün son 31 ildəki ən aşağı həddinə enmişdi. Ötən gün məzənnə 1.26 dollar təşkil edirdi. Maliyyə strateqləri məzənnənin bundan sonra da düşəcəyini proqnozlaşdırırdılar, ancaq bu qədər sürətlə yox.

Bu qəfil eniş nəticəsində 1.18 dollara düşən Britaniya valyutasının məzənnəsi az sonra yenidən 1.24 dollara yüksəlib.

ALTI DƏQİQƏNİN İÇİNDƏ...

«Altı ayın proqnozunu altı dəqiqənin içində görürük», - Simpson deyir. Elə bu həftənin əvvəlində o, funtun aprelədək 1.20 dollara düşəcəyini proqnozlaşdırıbmış.

Ekspertlər bu kəskin enişin kompüter treydinq proqramları, insanın səhvi, yaxud da bazarda iri bir oyunçunun gedişi səbəbindən baş verdiyi barədə spekulyasiyalar irəli sürürlər.

Buna da bax-'Brexit'in Azərbaycana iqtisadi təsiri

«Səbəbi tapmağa çalışmaq qar uçqununu törətmiş qar dənəciyini axtarmaq kimi bir şeydir. Dəqiq bildiyimiz tək şey odur ki, bir çox investorlar ... böyük itki verəcək», - «Oanda» onlayn broker şirkətinin baş təhlilçisi Jeffrey Halley deyir. O, bu kəskin enişin səbəbini Fransa prezidenti Francois Hollande-ın Britaniya ilə «Brexit»ə dair sərt danışıqlara başlamaq çağırışında görür.

«Brexit» səsverməsindən bəri funt 16% dəyər itirib.

«Brexit» səsverməsindən bəri funt 16% dəyər itirib.

1.13 DOLLAR

Hollande-ın bu sözləri Britaniya valyutasının ucuzlaşmasına kifayət edib. «Axşam bazarı»nda (ABŞ birjalarında günün sonu nəzərdə tutulur. Həmin saatlarda Asiya birjalarında treyderlər artıq yeni iş gününə başlayırlar) qəfildən çoxlu dollar satılıb və bazara çoxlu funt daxil olub.

Halley deyir ki, məzənnənin ilkin enişi kompüter proqramları vasitəsilə satışı sürətləndirib və nəticədə eniş daha da kəskinləşib.

Bəzi müşahidəçilərin sözlərinə görə, treydinqdə (valyuta alqı -satqısı) elə bir xaos yaranıb ki, funtun ən aşağı məzənnəsi barədə fərqli məlumatlar gəlməyə başlayıb. Halley bildirir ki, bir məlumatda məzənnə hətta 1.13 dollar kimi göstərilib.

Ötən bazar Britaniyanın baş naziri Theresa May ölkəsinin martın sonunadək AB-ni tərk etmək üçün rəsmi prosedurlara başlayacağını bildirib. AB-dən çıxışın özü iki il bundan sonra baş tutacaq.

İKİ MƏSƏLƏ

Avropa liderləri bildiriblər ki, əgər Britaniya AB vətəndaşlarının sərhəddən sərbəst keçidini təmin etməsə, azad ticarət sahəsinə çıxış haqlarının bir hissəsini itirəcək.

İndi investorları iki məsələ narahat edir: 1) Britaniya ixracatçıları artıq Avropa bazarında rəqabət aparmağa çətinlik çəkəcəklər və 2) Britaniya bankları regionda sərbəst şəkildə iş görmək imkanını itirəcək.

«Brexit» səsverməsindən bəri funt 16% dəyər itirib. Bəzi müşahidəçilərin fikrincə, problemlər hələ sona çatmayıb.

Jeffrey Halley qeyd edir ki, funt cümə günü baş vermiş kəskin enişdən sonra özünü toparlaya bilsə də, hələ ki, Nyu-York birjasındakı axşam məzənnəsindən 2% aşağıdır. Bu, «Forex» (xarici valyuta) bazarında ciddi göstəricidir və daha artıq zəifləməyə yol aça bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG