Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

-

Dünya bazarları Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq (Brexit) qərarının ardından çalxalanır. Sabitliyi ilə seçilən ingilis funt sterlinqi əsas dünya valyutaları qarşısında dəyər itirib. İstər-istəməz ağla bu sual gəlir: Britaniya pul vahidinin dəyərsizləşməsi Dövlət Neft Fondunun (DNF-in) bu ölkəyə investisiyasının taleyinə necə təsir göstərəcək?

«BU, 273 MİLYON MANAT İTKİ DEMƏKDİR»

İqtisadiyyat eksperti Qubad İbadoğlu AzadlıqRadiosuna açıqlamasında deyib ki, DNF aktivlərinin 5 faizə qədərini ingilisvalyutasında saxlayır: «Aprelin 1-ə olan məlumata görə, DNF-in 1 milyard 150 milyon 700 min funt sterlinq aktivi var. Britaniyanın Avropa Birliyindən çıxmaq qərarından sonra funt sterlinq 1 gündə 7.66 dəyər itirib. Bu, 88 milyon funt sterlinq və ya 115 milyon dollar itki deməkdir (təxminən 273 milyon manat)».

NEFT FONDU AVRO AKTİVLƏRİNDƏ 281.3 MİLYON İTİRİB

Ekspert yada salır ki, Britaniyadakı referendumun nəticəsi olaraq, avro da bir gündə 2.64 faiz dəyər itirib: «Nəzərə alsaq ki, DNF aktivlərinin 35.5 faizi də bu valyutada saxlanılır, o zaman söhbət 10 milyard 655 milyon 800 min avrodan gedəcək. Belə olan halda da DNF-in avrodakı aktivləri bir gündə 281.3 milyon avro və ya 326 milyon dollar məzənnə itkisinə məruz qalıb».

«DNF-İN BU PROSESLƏRİ SEYR ETMƏSİ BƏLLİ SUALLAR DOĞURUR»

Q.İbadoğlu sözünə davam edərək deyir ki, funt sterlinq və avronun dəyərsizləşməsi ucbatından DNF-in məzənnə itkisi 427 milyon dollar olub: «Analitiklər bu proqnozu əvvəlcədən verirdilər. Odur ki, DNF-in bu prosesləri seyr etməsi bəlli suallar doğurur».

DNF-İN AVROPADAKI ƏMLAKI DA DƏYƏR İTİRİB

Ekspert DNF-in Londonda yerləşən və dəyəri 177 milyon 350 min ingilis funt sterlinqi olan ofis kompleksi və Parisdə dəyəri 135 milyon avro olan ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksi aldığını yada salır: «Londondakı kompleks məlum səbəbdən 13.5 milyon funt sterlinq və ya dollarla 18.6 milyon, Parisdəki ofis kompleksi isə 4.8 milyon avro və ya 5.6 milyon dollar dəyərsizləşib. Beləliklə DNF aktivləri bir günün içində funt sterlinq və avronun dollara nisbətdə dəyər itirməsindən 465.5 milyon dollar məzənnə itkisinə məruz qalıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG