Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Bred Pitt və Ancelina Coli niyə boşanırlar


Brad Pitt və Angelina Jolie

Brad Pitt və Angelina Jolie

Hollivud ulduzları Bred Pitt və Ancelina Coli boşanırlar.

Cütlük bunun səbəbini açıqlamayıb.

Amma məşhurlar haqda yazan TMZ saytı adının çəkilməsini istəməyən mənəbələrə istinadla xəbər verir ki, boşanmaya səbəb Colinin Bred Pitin uşaqları tərbiyə üsulundan narazı qalmasıdır.

Ancelina Colinin vəkili Offerin sözlərinə görə, boşanma ərizəsini aktrisa verib: “O bu qərarı ailəsinin sağlamlığı naminə verib. Heç bir şəhr verməyəcək və bu müddət ərzində şəxsi həyatına toxunulmazlıq hüququna hörmətlə yanaşılmasını xahiş edir”, deyə Offer bildirib.

Məlumata görə Coli məhkəmədən, uşaqların altısının da onda qalmasını istəyir və aliment üçün ərizə verməyib.

Ulduz cütlük 2014-cü ilin avqustunda evləniblər.

Bunadəksə 10 il bir yerdə yaşayıblar.

41 yaşlı Coliylə 52 yaşlı Pittin 8-15 yaş arası 6 uşaqları var.

Onlardan üçünü Kamboca, Vyetnam və Efiopiyadan övladlığa götürüblər.

Qalan bir qız və əkizlər isə öz uşaqlarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG