Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:52

Braziliya prezidenti postundan getdi, amma “hələlik” dedi


Dilma Rousseff

Dilma Rousseff

Braziliya Senatı büdcə manipulyasiyalarında günahlandırılan prezident Dilma Rousseff-in vəzifəsindən çıxarılmasına səs verib.

Beləliklə, onun sol təmayüllü İşçi Partiyasının 13 illik hakimiyyətinə son qoyulub.

Onun postundan kənarlaşdırılmasına 61 senator səs verib. Qərarın əleyhinə olan senatorların sayı 20 idi.

Prezident kimi and içən Michel Temer bu vəzfəni 2019-cu ilin 1 yanvarınadək tutacaq.

Uzun sürən impiçment dövründə də ölkəyə sağ təmayüllü Demokratik Hərəkat Partiyasından Temer rəhbərlik edirdi.

Rousseff siyasətə qayıda bilər

Lakin təhlilçilər deyirlər ki, xanım Rousseff bu prosesdə hər halda özünün siyasi gələcəyi üçün mühüm olan qələbə qazana bilib.

Senatda onun siyasətdən 8 il müddətinə uzaqlaşdılmasına dair qərar səsvermədən keçməyib.

Beləliklə, xanım Rousseff ən azı nəzəri baxımdan hakimiyyətə qayıda bilər.

Məhz buna görə də qərardan apellyasiya verən Roussef tərəfdarlarına deyib ki, “mən sizə xudahafiz demirəm, çox əminliklə “hələlik” deyirəm”.

O deyib ki, ölkədə “parlament çevrilişi” baş verib.

Venesuelanın solçu hökuməti impiçment qərarına etiraz olaraq Braziliyadakı səfirini geri çağırıb.

Xanım Rousseff ötən mayda Senat onun impiçmenti prosesinə başlamaq qərarını qəbul edəndən bəri vəzifələrinin icrasından kənarlaşdırılmışdı.

O hökumət büdcəsinin bir sektorundakı vəsaiti büdcənin başqa sekstoruna keçirməklə büdcəni manipulyasiya etməkdə ittiham olunurdu.

Tənqidçiləri deyirdilər ki, prezident mühüm sosial proqramlardakı kəsiri aradan qaldırmaq üçün belə bir vasitəyə əl atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG