Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:03

Braziliya prezidenti gedə bilər - səsvermə olacaq


Dilma Rousseff
Dilma Rousseff

Konqres komitəsi 38-27 səs çoxluğu ilə, büdcə kəsirini gizlətmək üçün hökumət hesablarını manipulyasiya etməkdə günahlandırılan Dilma Rousseffin impiçmentini tövsiyə edib

Braziliya prezidenti Dilma Rousseff-in impiçment prosedurundan yan keçmək arzularına böyük zərbə vurulub.

65 üzvü olan konqres komitəsi 38-27 səs çoxluğu ilə, artmaqda olan büdcə kəsirini gizlətmək üçün hökumət hesablarını manipulyasiya etməkdə günahlandırılan prezidentin impiçmentini tövsiyə edib.

Bu barədə tam heyətdə konqres səsverməsi aprelin 17-də və ya 18-də keçiriləcək.

Əksər braziliyalılar impiçmenti dəstəkləyir
Əksər braziliyalılar impiçmenti dəstəkləyir

Bu məsələ Braziliyada ciddi ictimai gərginlik yaradıb və polis ölkə paytaxtı Braziliada prezidentə tərəfdar və əleyhdar olanların mümkün kütləvi etiraz aksiyalarına hazırlaşır.

Bir çox təhlilçilər komitədə keçirilmiş səsverməni simvolik hesab edirlər, lakin onun nəticəsinə konqresdəki səsvermənin nəticəsi barədə proqnoz kimi də baxılır.

İmpiçment barədə qərarın Senata göndərilməsi üçün aşağı palatada keçiriləcək səsvermədə ona 342 deputatın tərəfdar olması tələb olunur.

Estadao qəzetinin rəy sorğusu 292 leyhinə, 115 əleyhinə və 106 bitərəf proqnozunu göstərib.

İmpiçment, yoxsa çevriliş?

Son vaxtlar populyarlığı xeyli azalmış prezident dövlət neft nəhəngi Petrobrasla bağlı korrupsiya qalmaqalına görə tənqid edilir.

Sadə braziliyalılar arasında keçirilmiş rəy sorğuları əksəriyyətin impiçmenti dəstəklədiyini göstərsə də, hakim İşçi Partiyası, impiçment təşəbbüsünü demokratik yolla seçilmiş hökumətə qarşı parlament çevrilişi kimi qiymətləndirir.

Hakim partiya rəsmiləri deyirlər ki, xanım Rousseff rəsmi qaydada Petrobrasla bağlı korrupsiya iddiaları ilə günahlandırılmır.

Baş prokuror Jose Eduardo Cordozo da “heç bir cinayət törətməmiş”, “bir qəpik də oğurlamamış” prezidentin impiçmentini çevriliş cəhdi adlandırıb.

Müxalifət bir az tələsib…

Əgər impiçment qərarı komqresin aşağı palatasından keçərsə, Senatda onun təsdiqi üçün adi çoxluq kifayət edəcək.

Bu halda müxalifətdən olan vise-prezident Michel Temer prezident səlahiyyətlərini öz üzərinə götürəcək.

Bu məsələ ilə bağlı da başqa bir qalmaqal yaşanır. Mətbuat Temerin “xalqa müraciətinin” artıq indidən hazırlanmış layihəsi barədə təfərrüatları dərc edib.

Müxbirlər deyirlər ki, Temerin özünün də impiçmentə düşəcəyi mümkündür və buna görə də ola bilsin, o çıxış hazırlamaqda bir qədər tələsib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG