Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

►Şirkət nef və qaz kəmərlərinin keçdiyi ərazilərdə fermerlərə dəstək verəcək

Dekabrın 16-da Kənd Təsərrüfatı Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi və təbii ehtiyatların idarə edilməsinə şirkətin mümkün dəstəyi müzakirə olunub. Şirkətin yerli və beynəlxalq təşkilatların Azərbaycanda kənd icmalarının inkişafına yönəlmiş layihələrində iştirakı imkanı da nəzərdən keçiirlib.

Nazirliyin sözçüsü Murtuzəli Hacıyev AzadlıqRadiosuna deyib ki, görüşün nəticəsi olaraq nazirliklə BP şirkəti arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.

Sənədə əsasən, BP şirkəti operatoru olduğu Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə KTN-lə birgə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı istiqamətində layihələr icra edəcək.

Buna da bax: Deyir, “Gəncə şirniyyatı” dükanını əlindən alıblar

Bundan başqa, BP şirkəti Azərbaycan Dövlət Aqrar Universitetinə tələbələr üçün praktiki əhəmiyyəti olan istixana qurğuları təqdim etməyi də öhdəsinə götürüb.

BP şirkətinin Azərbaycanda aqrar sektorun inkişafına köməyi 2002-ci ildən başlayıb. Yardımlar əsasən toxumçuluq sektorunu, suvarma sistemlərinin təşkili, istixanaların və süd emalı məntəqələrinin tikintisi sahələrini əhatə edib.

Hələlik BP ilə KTN-in əməkdaşlığının maddi tərəfləri açıqlanmır. Bu, trərəflərin razılaşdıracaqları layihələrin dəyərindən asılı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG