Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:22

Medvedev: “Boru kəmərlərindən neft və qaz oğurlanır”


Rusiya baş naziri Dmitry Medvedev

Rusiya baş naziri Dmitry Medvedev

Şimali Qafqazda boru kəmərlərindən neft və qaz oğurlanır. Bunu Rusiyanın baş naziri Dmitry Medvedeev bu həftənin 5-ci günü deyib .

Rusiya DİN-in məlumatına görə, “2015-ci ilin yanvarından yerli neft və qaz borularında az qala 100 deşik aşkar edilib. Baş nazir Şimali Qafqaz federal dairəsinin sosial-iqtisadi inkişadı komissiyasının iclasında bildirib ki, bu cinayətdə Stavrapol vilayətinin, İnquşetiya, Dağıstan, Kabardino-Balkariya, Şimali Osetiya və Çeçenistan “liderlik” edir.

“Mümkün deyil ki, durub əl-qolunu yelləyə-yelləyə magistral kəmərə yaxınlaşasan”

Medvedevin sözlərinə görə, yerli neft boru kəmərlərindən qanunsuz neft götürülməsi yalnız hakimiyyət və energetika kampaniyalarının razılığı ilə mümkün ola bilər.

Baş nazir hesab edir ki, bu sövdələşmədə hakimiyyət təmsilçiləri və bələdiyyələr, energetika kampaniyalarının vilayətdəki rəhbərləri iştirak edir: “Əks-halda bu mümkün ola bilməzdi”, o vurğulayıb. “Mümkün deyil ki, durub əl-qolunu yelləyə-yelləyə magistral kəmərə yaxınlaşasan”, Medvedev vurğulayıb.

“Onsuz da itkilər var”

Medvedev qeyd edib ki, Şimali Qafqaz "onsuz da nəql zamanı köhnəlmiş kəmərlərin və enerji resurslarının qeydə alınmaması səbəbindən qaz və elektrik itkilərinə görə əziyyət çəkir". Lakin, onun sözlərinə görə, "bu itkilərə çox vaxt həm də özbaşına qoşulma və müdaxilələr nəticəsində oğurluqlar da əlavə olunur". Əgər Rusiyada özbaşına qoşulmaların qarşısı sayğacların quraşdırılması nəticəsində alınırsa, "Qafazda vəziyyət həddindən artıq pisdir", deyə baş nazir bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG