Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:13

Vergi borcu silinənlərin adları açıqlanıb


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Vergilər Nazirliyi yanvarın 1-dən bəri vergi borcuna hesablanmış faiz və maliyyə sanksiyasına amnistiya tətbiq edilən vergi ödəyicilərinin adbaad siyahısını açıqlayıb.

Siyahıda borcu tam silinən 18 min 932 hüququ şəxsin adı əksini tapıb. Onların borcunun toplam məbləği 690 milyon 529 min manat olub. Üstəlik, sahibkarlıqla məşğul olan 50 mindən çox fiziki şəxsin 36 milyon 744 min 931 manat 50 qəpik borcu da silinib.

Buna da bax:​ Vergi amnistiyası necə işləycək?

Nazirlik borcları ödəməyə çağırır

«Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar vergi borclarının silinməsi qaydasına uyğun olaraq, daha 11 min 480 borclu hüquqi şəxs 327 milyon 806 min manat məbləğində borcu yanvar, fevral və ya mart aylarında qismən (30; 50; 70 faiz) ödəyəcəkləri təqdirdə borcun qalan hissəsini ödəməkdən azad olunacaqlar.

Buna da bax: 'Azərsu' da vergi amnistiyasından yararlanacaq

Borcu silinənlər arasındakı məşhur şirkətlər

Bir çox vergi ödəyicisinin borcu milyonlarca manatla ölçülürmüş. Məsələn, İsrailin avtomobil yollarını yenidən quran «Shikun and Binui-S.B.İ. Infrastructure Ltd» şirkətinin Azərbaycandakı filialının 1 milyon 673 min 342 manat vergi borcu silinib. Şirkətə daha 2 milyon 818 min 40 manat borcu da güzəştli qaydada ödəmək imkanı yaradılıb.

Buna da bax: Borcun özü yox, faiz və sanksiyalar silinəcək

Vergi borcu silinənlər arasında Azərbaycan İslam həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (22 milyon 676 min 116 manat), Gənclər və İdman Nazirliyi (4 milyon 175 min 386 manat), Nəqliyyat Nazirliyi (1 milyon 998 min 41 manat), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (158 min 688 manat), Əmlak Məsələləri Dövlət Komitəsi (14 milyon 145 min 400 manat) də var.

«Silk Vey Business Aviation» şirkətinin 247 min 647 manat, «Statoil Shah Deniz AS» şirkəti Azərbaycan nümayəndəliyinin 640 min 909 manat, «Azərsu» ASC-nin 13 milyon 692 min 458 manat borcu silinib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG