Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Nazir: 'Kredit bank-müştəri məsələsidir'


Maliyyə naziri Samir Şərifov problemli kreditlərlə bağlı mövqeyini bildirib.

APA-nın xəbərinə görə, nazir deyib ki, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır: «Biz hər iki tərəf üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. «Dövlət öhdəliyi öz üzərinə götürür» demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır. Biz anlamalıyıq ki, kredit borcu olan məhdud sayda insanların öhdəliyini bütün cəmiyyətin, yəni vergi ödəyicilərinin üzərinə qoyuruq», - deyə nazir bildirib.

Ötən il Azərbaycanda baş verən iki devalvasiyadan sonra dollarla götürülmüş kreditlərin ödənməsində problemlər yaranıb. Bir müddət öncə belə problemli kreditlərin həcminin 1 milyard 500 milyon manatdan çox olduğu bildirilmişdi. Ötən il bəzi deputatlar 10 min dollara qədər götürülən kreditlərin köhnə məzənnə ilə qaytarılacağını bildirsələr də, sonradan hökumət rəsmiləri belə məlumatları təkzib etmişdilər. Son günlər bəzi saytlarda yenə oxşar iddialar gündəliyə gətirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG