Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Rusiyanın 2015-ci ildə Bolqarıstanda keçirilən referendum və yerli seçkilər zamanı Mərkəzi Seçki Komissiyasına edilən haker hücumunda əli ola bilər.

Bunu Bolqarıstanın prezidenti Rosen Plevneliev bildirib. Onun sözlərinə görə, Moskvanın davranışı Avropada stabilliyin pozulmasına yönəlib.

BBC xəbər verir ki, Plevneliev Fancy Bear haker qrupunun hücumundan şübhələnir. Həmin qrupun ABŞ-da Demokratlar partiyasının saytına hücumda əli olduğu deyilir.

Noyabrın 6-da Bolqarıstanda prezident seçkisi keçiriləcək.

Oktyabrın əvvəlində ABŞ Rusiyanı ölkənin siyasi qurumlarına kiber hücumlar təşkil etməkdə günahlandırdı.

Moskva bu ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG