Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 03:47

►Yayın cırhacıında Bolludərədə üşütmə var

Bolludərə kəndinin sakini Məhəmməd Həsənov AzadlıqRadiosuna deyir ki, qışın şaxtasında çadırda nə çəkəcəklərini düşünəndə, yayın cırhacırında canına üşütmə düşür

“AzadlıqRadiosunun saytında düşdüyümüz çətinliklərdən yazı dərc olunandan sonra gəlib bizi qəzalı evdən çıxardılar, çadır verdilər. Bizi çadıra köçürməklə özləri də təsdiqlədilər ki, zəlzələsonrası müddətdə təhlükəli evdə yaşamışıq. Halbuki, icra hakimiyyəti daş atıb başını tuturdu ki, “sizin evinizə zərər dəyməyib”. İcra hakimiyyətinin işçiləri aralanmış divarları, dağılmış tavanı görmək istəmirdilər”.

Buna da bax: Şəkinin kəndləri zəlzələdən sonra- [Video]

Yanvarda “Qaynar Xətt”ə danışmışdı...

Bu ilin yanvarında Şəkinin Bolludərə kəndinin sakini Məhəmməd Həsənov “Qaynar xətt”ə danışmışdı ki, ötən ilin sentyabrında baş verən zəlzələ evlərini qəzalı vəziyyətə salıb.

Yerli icra hakimiyyətinin onların evini qəzalı ev siyahısından çıxarması ailəni təlaşlandırıb. Ancaq may ayının əvvəlində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evə təkrar baxış keçirərək, qəzalı durumu təsdiqliblər. Beləcə, ailəni təcili şəkildə evdən çadıra köçürüblər. İndi o vaxtdan 3 ay ötsə də, yeni evə köçəcəklərinə güman yerləri qalmayıb:

“Maydan bəri 2 dəfə ilan öldürmüşük”

“Avqustun 1-də yeraltı təkanlar oldu, onsuz da qəzalı durumdakı evimizin divarlarında çatlar bir az da dərinləşdi və çoxaldı. Yayın cırhacırında ilan mələşən ərazidə çadırda yaşamağın nə demək olduğunu, yəqin ki, məmurlar anlamırlar. Maydan bəri çadırın qarşısında iki dəfə ilan öldürmüşük. Vəziyyətimizi anlasınlar”.

Həsənovlar ailəsi tezliklə evlərinin tilikməsini, çadırdan köçürülmələrini tələb edir. Məhəmməd deyir, bir neçə ay sonra - qışın şaxtasında çadırda nə çəkəcəklərini düşünəndə, yayın cırhacırında canına üşütmə düşür.

Məmurlardan 2 cavabın fərqi

Yanvarda Şəki İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirmişdilər ki, Həsənovların evi qəzalı olmadığından, o cür evlərin siyahısından çıxarılıb. Bu dəfə isə qurumdan qısa şəkildə bildirdilər ki, Həsənovlar köçkün ailəsidir deyə, onların problemləri “Qaçqınkom”u maraqlandırmalıdır.

Buna da bax: Şəkiyə 2 milyon manat ayrıldı

“Siyahı harda tutulursa...”

Hüquqşünas Vaqif Alıyev xatırladır ki, təbii fəlakətdən zərər çəkmiş evlərin təmiri ilə yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarından ibarət birgə komissiya məşğul olur:

“Çadırla FHN təmin edir, evlərin tikilməsi məsələsinin də çox hissəsi həmin nazirliyin üzərinə düşür. Köçkün ailəsi olmasına gəlincə, təbii fəlakət insanları kateqoriyalara bölmür ki, dövlət birinin evini düzəldə, o birinə “sən get, başqa qurumdan tələb elə!” deyə. Siyahı harda tutulursa, evin tikinti-bərpası ilə də həmin qurumlar məşğul olmalıdır”.

Hüquqşünasın fikrincə, ən son halda iş məhkəməyədək uzana bilər.

Ötən il sentyabrın 4-də Şəkidəki zəlzələ bir çox kənddə dağıntılar törədib. Bolludərə kəndində də yaşayış evləri, uşaq bağçası və bir neçə inzibati bina qəzalı vəziyyətə düşüb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG