Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:42

“Boeing 787” mühərrikləri dəyişəcəkmi?


arxiv foto
arxiv foto

-

ABŞ Federal Aviasiya İdarəsi “Boeing 787” təyyarələrinin mühərriklərinin təcili dəyişdirilməsini istəyir.

APA-nın xəbərinə görə, Aviasiya İdarəsinin bəyanatında qeyd edilib ki, mühərriklər vaxtında dəyişdirilməsə uçuş zamanı problem yarana bilər. Mühərriklərin eyni anda hər ikisi dayana bilər və onları yenidən işə salmaq mümkün olmaz.

“Boeing 787” tipli təyyarələr “Azərbaycan Hava Yolları” (AZAL) da daxil olmaqla, dünyanın bir çox aviaşirkətlərində var. AZAL 2014-cü ildə iki "Boeing 787 Dreamliner" təyyarəsi alıb.

AZAL-ın mətbuat xidmətibu məsələ ilə bağlı “Turan”-ın sorğusuna cavab verməyib. Mətbuat xidmətindən iş günü olmadığından həftənin birinci günü məsələyə aydınlıq gətiriləcəyi bildirib.

XS
SM
MD
LG