Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:09

BMT-də Azərbaycanı ittiham etdilər - X.Xələfovun cavabı


Azərbaycan - həbsdə olduğu deyilən Pərviz Mikayılov, 2012

Azərbaycan - həbsdə olduğu deyilən Pərviz Mikayılov, 2012

►"Azərbaycanda həbsxanada saxlanan siyasi və vicdan məhbusları əfv ərizəsi yazılması üçün təzyiq və pis rəftarla üzləşirlər."

Bu, "Human Rights Watch" təşkilatının hesabatında deyilir.

Hesabat Azərbaycan BMT qarşısında hesabat verərkən alternativ sənəd kimi ortaya qoyulub.

Azərbaycan nümayəndə heyəti bildirib ki, Azərbaycanda məhkəmə sistemi azaddır. Tarixçi Arif Yunusun səhhətinə görə məhkəmə zalından azadlığa buraxıldığını, bunun da humanistlik olduğunu vurğulayıb.

Noyabrın 11-12-də BMT-nin İşgəncələrə qarşı Komitəsinin sessiyası keçirilib. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalar əleyhinə Konvensiya üzrə Azərbaycanın dördüncü dövri məruzəsinə də baxılıb.

2009-cü ildəki hesabat zamanı alternativ hesabat təqdim edən QHT-lər və vətəndaş cəmiyyəti fəallarından heç biri bu dəfəki sessiyada iştirak etməyib.

Həmin QHT-lərə qarşı cinayət işi başlanıb və fəaliyyətlərini dayandırıblar. Bir çoxunun rəhbərisə həbsxanadadır.

Buna da bax: "Ana-bacımı “Bandotdel”ə aparıb incidiblər"

Azərbaycan İşgəncələr Əleyhinə Konvensiyanı ratifikasiya edən 158 ölkədən biridir. Buna görə 10 müstəqil ekspert qarşısında müntəzəm hesabat verməlidir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Xələf Xələfov​ çıxışında məhkəmə və penitensiar sistemin təkmilləşdirildiyini, korrupsiyaya qarşı mübarizə aparıldığını deyib.

O, insan alverinin qarşısının alınması və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə də məlumat verib.

X.Xələfov Dağlıq Qarabağ münaqişəsindən də söz açıb. Münaqişədə 4 mindən çox vətəndaşın itkin düşdüyünü, onların Ermənistan tərəfindən qeyri-qanuni saxlandığını və müxtəlif işgəncələrə məruz qaldıqlarını qeyd edib.

Xələf Xələfov

Xələf Xələfov

Hesabat təqdim edilədən sonra ekspertlər Azərbaycan nümayəndə heyətindən həbs edilmiş hüquq müdafiəçiləri və ictimai fəallara həbsxanalarda əziyyət verilməsi iddiaları barədə soruşublar. Eyni zamanda ekspertlər polislərin saxlanan şəxslərlə qeyri-insani rəftarı, ölkədəki məhkəmə sistemi, QHT-lərin durumu barədə suallar veriblər.

Azərbaycandan alternativ hesabatı Ombudsman aparatı təqdim edib.

Beynəlxalq təşkilatlardan həmçinin İnsan Haqları Evi Fondu da Azərbaycan barədə alternativ hesabatını açıqlayıb.

​İnsan Haqları Evi Fondu ölkədə 2009-cu ildən bəri insan haqları ilə bağlı vəziyyətin pisləşməyə doğru getdiyini, müstəqil beynəlxalq media qurumlarının fəaliyətinin məhdudlaşdırıldığını, AzadlıqRadiosunun Bakı bürosunun bağlandığını, jurnalistlərə təzyiq edildiyini, bəzilərinin fiziki hücumlara mərzu qaldığını və həbs edildiyini yazır. Təşkilat bildirir ki, hökümət ölkədəki azad səsləri surdurmaq üçün 3 əsas ittihamdan istifadə edir:

Vətənə xəyanət, xuliqanlıq, vergidən yayınma.

Buna da bax: Cəmil Həsənlinin qızının məhkəməsindən son xəbər

Hesabatda hüquq müdafiəçisi İntiqam Əliyevin pis şəraitdə saxlandığı, həm onun, həm də digər hüquq müdafiəçisi Leyla Yunusun lazımi tibbi xidmətlə təmin edilmədiyi qeyd edilir.

Təşkilatlar hesabatlarının sonunda tövsiyələrini qeyd ediblər.

Bildirirlər ki, Azərbaycanda insan haqları müdafiəçilərinin risk altında olması faktı tanınsın.

Həbsxanalarda onlara qarşı pis rəftar, özbaşına həbslər, təqiblər barədə iddialar araşdırılsın və günahkarlar cəzalandırılsın.

Azərbaycan hökumətindən həbsdəki hüsquq müdafiəçiləri, fəallar və jurnalistlərin qeyd-şərtsiz azadlığa buraxılması tələb edilsin.

BMT-nin İşgəncələrə qarşı Komitəsi hesabatlarla bağlı yekun rəyini dekabrın 9-da açıqlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG