Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Nyu Yorkda keçirilən görüşündə “dünyada artan dözümsüzlük və diskriminasiya şəraitində mədəniyyətlərarası və dinlərarası dialoqun mühümlüyü” barədə çıxış edib.

Nazir deyib ki, onun ölkəsi bütün səviyyələrdə mədəniyyətlər və dinlərarası dialoqa həmişə önəm verib.

O xatırladıb ki, Azərbaycan gələn ilin aprelində keçiriləcək Mədəniyyətlərarası Dialoqa dair 4-cü Dünya Forumuna ev sahibliyi edəcək.

Cənab Məmmədyarov vurğulayıb ki, zorakı ekstremizmə qarşı mədəniyyətlər dialoqu xüsusilə də indi, qaçqın və miqrantların böyük dalğasının qalxdığı bir vaxtda böyük əhəmiyyət kəsb edir.

“Azərbaycan bu problemi dərindən başa düşür, çünki bizim evlərindən etnik təmizlənmə ilə didərgin salınmış bir milyon qaçqın və köçkünümüz var. Qaçqınların və köçkünlərin təhlükəsiz və ləqayəqtli bir şəkildə öz yurdlarına qaytarılması beynəlxalq səylərin mərkəzində olmalıdır” – deyib Elmar Məmmədyarov

Günün bütün mövzuları

XS
SM
MD
LG