Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:50

'Kiçik və orta biznes ucuz maliyyədən məhrumdur'


Konfrans
Konfrans

«Çoxları şəxsi biznesini yaratmaq istəyir və öz iş yerini açaraq iqtisadiyyatın inkişafında böyük rol oynayır».

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta noyabrın 18-də Bakıda keçirilən «Azərbaycanda kiçik və orta biznesin inkişafı» mövzusunda konfransda belə deyib.

Konfrans ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) «Qlobal sahibkarlıq həftəsi – 2016» çərçivəsində, Amerika hökumətinin maliyyə dəstəyi ilə təşkil olunub.

R.Cekuta hökumətin sahibkarlığın inkişafı üzrə bütün addımlarını müsbət qarşıladıqlarını qeyd edib. «ABŞ hökuməti sabitliyin və islahatların səmərəliliyinin təmin edilməsi üçün Azərbaycanla tərəfdaşlığa hazırdır», - deyə R.Cekuta bildirib.

İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Elçin İbrahimov da görülən işlərdən danışıb. O, qeyd edib ki, bu sahədə yoxlamalar azalıb. «Bundan başqa, lisenziyalı fəaliyyətlərin sayı 59-dan 37-yə qədər enib. Bu zaman lisenziyalar ASAN Xidmət vasitəsilə verilir. Regionlarda investisiyalara təkan vermək üçün sahibkarlara yeddi illik vergi tətili tətbiq edilib», - o, vurğulayıb.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə sahibkarların əsas probleminin ucuz maliyyə çatışmazlığı olduğuna diqqət çəkib: «Kiçik və orta biznes, demək olar ki, kredit cəlb etmək imkanından məhrumdur. 2016-cı ildə iqtisadiyyatın kreditləşdirilməsinin həcmi rəsmi məlumatlara görə, 23 faiz azalıb. Reallıqda isə vəziyyət daha da pisdir».

«Qlobal sahibkarlıq həftəsi – 2016» 14-20 noyabr tarixlərində dünyanın 160 ölkəsində keçirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG