Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:21

Biz nəyin bədəlini ödəyirik


Biz nəyin bədəlini ödəyirik 1960-cı illərdə Sovet (sonradan Amerika) yazıçısı Arkadiy Lvovun belə bir hekayəsi dərc olunmuşdu. Körpə reanimasiyaya düşür. Təcili qan lazımdır. Analiz edib görürlər ki, anasının qan qrupu fərqlidir. Atasını çağırırlar. Məlumdur ki, uşağın qan qrupu ya anadan, ya da atadan keçir. Vaxt gözləmədiyinə görə tez atadan qan götürüb uşağa vururlar. Uşaq ölür.

Foto arxiv
Foto arxiv

Çünki uşağın atası əslində başqa adam idi. Hekayənin adı belə idi: "Biznəyin bədəlini ödəyirik" Yazıçl və jurnalist Denis Dragunskiy 1993-cü ilin 3-4 oktyabr hadisələrini xatrlayır. Müəllif hesab edir ki, bu hadisələr Rusiyanın​ tarixi və ictimai həyatı üçün çox vacib əhəmiyyət daşıyır. Bəzi yaxşı adamlar bu hadisəni qırılma nöqtəsi hesab edirlər. Ancaq, maraqlıdır ki, yaxşı adamlar nə 1930-cu ili (kollektivləşmə, yəni azad kəndlilərin məhvi), nə 1937-ci ili (Böyük Terror), nə də heç 1918-ci ili (demokratik respublikaya keçidə ümid verən Müəssislər Məclisinin buraxılması) qırılma nöqtəsi adlandlımırlar. Niyə? Bəlkə, ona görə ki, sadalanan milli faciələr tarixin gedişatında heç nəyi dəyişməmişdi? Yalnız dəyişikliyə (demokratik respublikaya, iqtisadi inkişafa və real modernləşməyə, konstitusion quruluşa) ümidi öldürürdülər. Əslində, mütləqiyyət və hüquqsuzluq necə var idisə, eləcə də qalmlışdı. 1993-cü ilin oktyabrında isə sovet həyat tərzi, iqtisadiyyatı və siyasətinə, kommunistlərin hakimiyyətinə, bərabərliyə və pulsuz sosial xidmətlərə qayıtmaq imkanı yaranmışdı. SSRİ haqda xatirələrsə hələ çox təzə idi. Müəllif hesab edir ki, insanlar bunun baş tutmamasına üzülürlər. Vacib olan odur ki, 1993-cü ilin 3-4 oktyabr hadisələri ölkə kimi yox, siyasi-iqtisadi reallıq kimi SSRİ-nin süqutuna nöqtə qoydu. "Yaxşı insanlar da elə buna görə üzülürlər", müəllif yazır. Onlar deyirlər ki,

Foto arxiv
Foto arxiv

​ 1991-ci ilin avqustundan 1993-cü ilin oktyabrına qədər davam etmiş dəhşətli dövr xalqın əsas dəyərlərini - bərabərlik, ədalət, sosial xidmətlərə çıxış imkanını - onun əlindən alıb. Özü də bunu təkcə SSRİ tərəfdarları və kommunistlər yox, demokratlar və liberallar da deyirlər. "Senzuranı, Mərkəzi Komitəni, Qosplan və KQB-ni nə qədər söysək də SSRİ-də yaşayış daha yaxşı idi. Həm də SSRİ-də kasıblar və varlılar arasında belə dəhşətli uçurum yox idi", - onlar deyirlər. Müəllif yazır ki, belə düşünənlər yanılırlar. "Bəli, nominal maaşlarda uçurum xeyıi daha az idi. Nazirlərin rəsmi maaşı 800 rubl idisə, xırda məmurların maaşı 120 rubl idi. Ancaq, əslinə, sovet həyatının status bölgüsü xarakteri uçurumu nəhəng edirdi. Nomenklatura üzvünə pulsuz böyük mənzil, dövlət bağ evi (bəzən qulluqçularla birlikdə) və sürücülü maşın verilirdi. Ən yüksək nomenklatura üzvlərinə isə hətta ik imaşın verilirdi - biri "özünə", biri də "ailəsinə xidmət etmək üçün". Bəzən belə maşınlar onlara sutka ərzində xidmət edirdi. ...Kurortlara və istirahət evlərinə göndərişləri (putyovka) və xüsusi tibb xidmətini unutmaq olmaz. Bunun üçün SSRİ Səhiyyə Nazirliyində xüsusi dördüncü idarə var idi..." Müəllif daha sonra yüksək nomenklatura üçün mövcud olan, güzəştli qiymətlərlə satılan ərzaq paylarını, xarici malların çox ucuz qiymətə satıldığı "promtovar" mağazalarını xatırlayır. "Bu qiymətlər dəblə geyinmək istəyən sıravi sovet qadınının alvrçilərə verdiyi pullardan çox

Foto arxiv
Foto arxiv

​aşağı idi", o yazır. Bundan başqa, "Xüsusi kitab ekspedisiyası" adlı xidmət tapılmayan yeni kitabların siyahısını nomenklatura üzvlərinin evinə gətirirdi. Onun uşaqları istədikləri kitabları seçirdilər, bir-iki günə kuryer həmin kitabları gətirirdi. Nomenklatura üzvlərinə "zərflər" - əlavə nəğd pullar da verilirmiş. Bu zaman onlar heç bir sənədə qol çəkməli deyildilər. "Mənim yüksək vəzifəli dairələrdən olan tanışlarım deyirdilər ki, Khrushev-i həm də ona görə çıxarıblar ki, o, "zərfləri" ləğv etmək istəyirmiş. Bəlkə də bu, nağıldır. Bilmirəm", deyə yazıçı qeyd edir. Ancaq sadalananlar o zamankı yüksək nomenklatura üzvünü real gəlirlərinə görə indiki uğurlu bir şirkətin baş meneceri, yaxud hətta oliqarxla müqayisə etməyə imkan verir. "O vaxt "Vertu" telefonları və Nitsada istirahət yox idi. Heç sadə "Nokia"lar və Antalyada istirahət də yox idi", məqalədə deyilir. Ancaq müəllif həm də 1960-cı illərdə Moskva ətrafında mövcud olmuş torpaq döşəməli evlərdən və baraklardan söz açır. Alma-Ata ətrafında isə 1980-ci illərin əvvəllərində hələ də belə evlər var imiş. "Dəhşətli ictimai uçurumlar həmişə olub. Ancaq hərkəsin bərabərliyinin, proletariat diktaturasının elan edildiyi SSRİ-də bu uçurumlar indiki oliqarxiya kapitalizmində olduğundan daha təhqiredici idi. Çünki bu, ...sırtıq və həyasız yalan idi", deyə müəllif qeyd edir. Müəllif iddia edir ki, Rusiya zəruri inkişaf mərhələlərinin üstündən adlamağa, tarixi aldatmağa çalışmasının əvəzini ödəyir. O hesab edir ki, Rusiyada hələ modernləşmə baş verməyib. Nə Pyotrun, nə III Aleksandrın, nə də Stalinin vaxtında.

Pyotr Stolypin
Pyotr Stolypin

​O yazır ki, bu istiqamətdə həqiqi cəhdi Stolypin göstərib, o da tək olub və onu vaxtından əvvəl öldürüblər. Yazıda qeyd edilir ki, modernləşmə azad kəndlidən və azad sahibkardan başlayır. Ən əsası isə parlamentdən başlayır. Parlament və azad sahibkar olmadıqda bu, modernləşmə olmur...". Lenin Marx-ı öz maraqlarına uyğun təhrif edib. Marx hesab edirdi ki, sosializm kapitalizmin tam yetişməsindən sonra, yəni ən yüksək inkişaf səviyyəsinə çatmış ölkələrdə mümkündür. Yeri gəlmişkən, elə belə də oldu... Leninsə kapitalizmin inkişaf etmədiyi, "dünyada kapitalizm zəncirinin zəif bəndi" olan ölkədə sosializm quruculuğu elan etdi. Burada hakimiyyəti ələ keçirmək asan idi... Ancaq Stalinin kəndli sinfinin ləğvi və terrorla bağlı quduz eksperimentlərinin sosializmə heç bir aidiyyatı yox idi", - məqalədə deyilir. "Rusiyada hakimiyyət əsrlər boyu öz "xüsusi yolunu" axtarıb. Bu "xüsusi yol" hələ XVII əsrdən bəri inkişaf etmiş ölkələrdə sınaqdan keçirilmiş inkişaf prinsiplərini görməzdən gəlməyi nəzərdə tuturdu. Rusiyada hakimiyyət üçün parlamentdən qorxulu kabus, azad sahibkardan dəhşətli düşmən olmayıb. Hətta inqilabçı Yeltsin belə "sözə baxmayan" parlamentdən qorxdu. İndi bizə aydındır ki, I Pyotrdan başlayaraq Rusiya hakimiyyəti əslində nə axtarırdı. Çarların və əyanların, baş katibləri və "nomenklaturanın simasında hakimiyyət yalnız və müstəsna olaraq öz şəxsi rahatlığını, şəxsi təhlükəsizliyini, şəxsi üstünlüklərini güdüb. Rusiya xalqı hakimiyyətin yalanı, səriştəsizliyi, xudbinliyi və tarixi prosesi aldatmaq cəhdlərinin bədəlini ödəyir. Sovet İttifaqı daha olmayacaq. Yaxşı adamlar bunu nə qədər təz anlasalr bizim hamımıza modernləşmə istiqamətində hərəkət etmək o qədər asan olacaq. Rusiya bu modernləşməni bir əsr yarımdır ki, gözləyir", deyə Denis Dragunskiy yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG