Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10

Bakı Fond Birjası işinə fasilə verdi


Illüstrasiya
Illüstrasiya

►Fasilənin ticarətə qatılanların vaxtında rəsmi icazə almamasından qaynaqlandığı deyilir

Bakı Fond Birjasında qiymətli kağızların ticarətində fasilə yaranıb. Oradan AzadlıqRadiosuna verilən məlumata görə, fasiləyə səbəb - ticarətə qatılan peşəkarların vaxtında lisenziya almamasıdır.

2015-ci ilin iyulunda qüvvəyə minən “Qiymətli kağızlar haqqında Qanun”a əsasən, qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə (broker, diler və aktivlərin idarəedilməsi fəaliyyəti) verilən lisenziyalar 2016-cı il yanvarın 1-dək qüvvədə idi. Bu işlə məşğul olanlar həmin tarixədək yeni lisenziya üçün müraciət etməli idilər.

Buna da bax: Mərkəzi Bank inflyasiya proqnozunu niyə açıqlamır?

“Şərtə 4 şirkət əməl edib”

Adının açıqlanmasını istəməyən və investisiya şirkəti kimi yenidən dövlət qeydiyyatına alınmış şirkətlərdən birində AzadlıqRadiosuna bildiriblər ki, həm təşkilati-hüquqi formanın, həm də tələb olunan minimum kapital həcminin qanuna uyğunlaşdırılması şərtinə indiyədək 4 şirkət əməl edib - “Azfinance İnvestisiya Şirkəti” QSC, “Kapital Menecment İnvestisiya Şirkəti” ASC, “İnvest-Az İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC.

Maraqlıdır ki, ötən ilin dekabrında 50 milyon manatlıq əməliyyat həcmi ilə broker sıralamasında liderlik edən “Paşa Kapital” MMC, eləcə də digər fəal broker şirkətləri (“BoB Broker” MMC, “Standard Kapital” MMC, “Çelsi Kapital” MMC) lisenziya tələblərinə uyğunlaşmaqla bağlı rəsmi addım atmayıblar.

Bu o deməkdir ki, onlar ya qiymətli kağızlar bazarından çıxır və indən belə ana şirkətləri olan banklar mövcud investisiya şirkətlərinin xidmətlərindən yararlanacaq, ya da lisenziya üçün yenidən müraciət edəcəklər.

Yeni lisenziyalar müddətsizdir

Yeni qaydalara görə, bir çox digər fəaliyyət növü kimi, investisiya şirkətlərinə lisenziyaları da İqtisadiyyat və Sənaye Nazirliyi “ASAN Xidmət” vasitəsi ilə verəcək. Lisenziya müddətsizdir və buna hər şirkət 2 min 750 manat ödəməlidir.

İnvestisiya şirkətlərinə sabah – yanvarın 6-da lisenziya veriləcəyi gözlənilir.

“Qiymətli kağızlar haqqında Qanun”a görə, investisiya şirkətləri qiymətli kağızların birjada alınıb-satılması üçün öz müştərilərinə kredit ayıra biləcəklər.

Birgünlük fasilə iqtisadiyyata necə təsir edəcək?

Mütəxəssislərin fikrincə, birjanın işinə birgünlük ara verməsi iqtisadiyyata elə bir təsir göstərməyəcək. Çünki Azərbaycanda səhmdar şirkətlərinin səhmləri fond bazarında aktiv kotirovka olunmur və qiymətlərin aşağı və ya yuxarı kəskin sıçrayışlarını birja təyin etmir (“kotirovka” deyərkən, bazar quruluşçusunun bildirdiyi qiymət cütlüyü nəzərdə tutulur. Valyuta cütü içindəki birinci valyutaya "əsas valyuta" , ikincisinə "əleyhdar valyuta" deyilir – red.).

XS
SM
MD
LG