Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:11

'Mən ilk dəfəydi ki, telefon gətirirdim...'


Gömrük (arxiv fotosu)
Gömrük (arxiv fotosu)

Ölkəyə mobil telefon gətirən sahibkar gömrükçüləri məhkəməyə verməli olub

«Başqa ölkədən gətirdiyim 150 ədəd mobil telefona görə elə bir rüsum istənildi ki… Ödəməyə imkanım olmadığından gətirdiyim malların geri – aldığım ölkəyə qaytarılmasını istədim».

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Emin Hüseynovla gömrük əməkdaşları arasında məhkəmə çəkişməsi gedir.

Buna da bax:​ Mobil telefon idxalı 8,5 dəfə artıb

Sahibkar gömrükdə ilişib qalan malları geri – gətirdiyi ölkəyə qaytarmaq

Uzun illərdir ki, başqa ölkələrdən Azərbaycana texniki avadanlıq gətirib satan Emin Hüseynov Azərbaycan gömrüyündəki özbaşınalıqlardan, süründürməçiliklərdən danışır.

MƏHKƏMƏ İDDİASINI TƏMİN EDİB

Sahibkar ölkəyə indiyədək, əsasən, kompüter gətirirmiş. Bu dəfə sifarişlə mobil telefon gətirməli olub. Ancaq «Qırmızı körpü» gömrük sərhəd buraxılış məntəqəsində sahibkardan gətirdiyi mallara görə elə bir məbləğdə rüsum istənilib ki, donub qaldığını deyir:

«Mən həmişə kompüter gətirmişəm. İlk dəfəydi ki, telefon gətirirdim. Rüsumlardan düzü, xəbərsiz idim. Baxdım ki, ödəmək imkanım yoxdur, dedim, «götürmürəm, malları öz ölkəsinə qaytarın». Gömrükçülər məni çox süründürdülər. Gah dedilər, «apar yığ anbara», gah dedilər, «müsadirə edəcəyik». Mən onlara bütün malların rəsmi sənədlərini təqdim etdim. Bir az da qanunları xatırlatdım. Bəlkə də ona görə idi ki, istədiklərinə çatmadılar, mallarımı əlimdən ala bilmədilər. Danışıqları, davranışları o qədər kobud idi ki…»

Buna da bax: "Ofşordan istifadə eləyən elə məmurların özləri deyil?!"

Sahibkar: «Gömrükdə elə rüsum oxudular ki…»

Sahibkar gömrükdə ilişib qalan malları geri – gətirdiyi ölkəyə qaytarmaqdan ötrü gömrükçülərə xeyli ağız açandan sonra məhkəməyə müraciət etməli olub. Məhkəmə sahibkarın iddiasını təmin edib və gətirdiyi mobil telefonların aldığı ölkəyə qaytarılması barədə qərar çıxarıb.

«SƏNİ SÜRÜNDÜRƏCƏM»

'Gah dedilər, «apar yığ anbara», gah dedilər, «müsadirə edəcəyik»'

Ancaq gömrükçülər məhkəmə qərarından apelyasiya şikayəti veriblər:

«Məqsədləri sadəcə, vətəndaşı süründürməkdir. Rəislə bir az qanunla danışmışam deyə, daş atıb başını tutub ki, «səni süründürəcəm». Mən də iş adamıyam. Tez-tez xarici ölkələrə gedib-gəlirəm, süründürməçiliklərə vaxtım yoxdur. Gəncə Apelyasiya Məhkəməsinə əvvəlki məhkəmənin qərarından şikayət veriblər. Guya mən özümü gömrük işçilərinə təqdim etməmişəm. Məhkəmə də şikayətlərini təmin edib».

Buna da bax:​ «Əhali kəmərini daha çox sıxmalı olacaq»

AzadlıqRadiosu-nun sahibkarın dediklərinə gömrük orqanlarından şərh almaq cəhdləri cavabsız qalıb.

Amma gömrükçülər məhkəmədə sahibkarın iddiaları ilə razılaşmayıblar. Əksinə, onun özünü günahkar çıxarıblar. Apelyasiya şikayətlərində sahibkarın onlarla kobud davrandığını vurğulayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG