Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:50

'Çox güman ki, bu 'obşak'dır'


Rusiya Daxili İşlər Nazirliyi Antikorrupsiya İdarəsi rəisinin müavini Dmitriy Zakharchenko
Rusiya Daxili İşlər Nazirliyi Antikorrupsiya İdarəsi rəisinin müavini Dmitriy Zakharchenko

Rusiyalı polkovnik yarım milyard dolları haradan alıb?

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Antikorrupsiya İdarəsi rəisinin müavini Dmitriy Zakharchenko-nun adı, milyarderlər Tinkov və Khodorkovski kimi, "Forbes" jurnalının reytinq cədvəlinə düşə bilərdi.

İstintaq komitəsi axtarış zamanı polkovnikin evindən tapılan pulun məbləğini müəyyənləşdirib. Komitənin rəsmi nümayəndəsi Vladimir Markin-in sözlərinə görə, polkovnikin evindən 8,5 milyard rubl (130 milyon dollardan çox) aşkar edilib. Hazırda pulların Mərkəzi Bank deposunda saxlandığı bildirilir.

Daha öncə DİN-in Antikorrupsiya İdarəsi rəhbəri olan polkovnikin evindən 120 milyon dollar, 2 milyon avro və bir neçə milyon rubl tapıldığı deyilirdi.

"Slon" nəşri Moskvada Zakharchenko və qohumlarına, yaxud onların adaşlarına məxsus 4 daşınmaz əmlakı üzə çıxarıb.

İstintaq komitəsi adının çəkilməsini istəməyən bir mənbənin "Rosbalta" ötürdüyü məlumatdan sonra bu açıqlamanı verib. Mənbə bildirmişdi ki, İsveçrə banklarındakı hesablarda, o cümlədən "Rothschild Bank"da ofşor firmaların hesabına yazılmış 300 milyon avro saxlanır. Həmin ofşor şirkətlərsə Dmitriy Zakharchenko-nun atasına məxsusdur.

Müxtəlif versiyalar var

"Slon" nəşri Moskvada Zakharchenko və qohumlarına, yaxud onların adaşlarına məxsus 4 daşınmaz əmlakı üzə çıxarıb. Onların ümumi dəyəri 700 milyon rubldur (10,7 milyon dollardan çox). Bu mənzillərdən biri Zakharchenko-nun bacısı Yelenanın adınadır. "Life" nəşri həmin mənzilin ayırca pul deposu kimi alındığını, otaqlardan birinin seyfə çevrildiyini iddia edir.

Buna da bax:​ Daha bir milyarder Putin-i qəzəbləndirib

Bütün bu aktivlər toplansa, polkovnik Dmitriy Zakharchenko-nun varidatı 478 milyon dollara çatır.

Bütün bu aktivlər toplansa, polkovnik Dmitriy Zakharchenko-nun varidatı 478 milyon dollara çatır (əlbəttə, valyuta məzənnələri dəyişəndə məbləğ də dəyişə bilər).

Zakharchenko-nun illik maaşının 3 milyon rubl (46 min dollar) olduğu bildirilir. O bu məbləği qazana bilməzdi. Zakharchenko-nun özü bu pula heç bir aidiyyatı olmadığını deyir. Müstəntiq və müşahidəçilər polis polkovnikinin bu qədər pulu haradan əldə etdiyi barədə müxtəlif versiyalar irəli sürürlər.

Bu versiyalardan biri rüşvətdir...

"Komsomolskaya pravda" isə iddia edir ki, DİN polkovnikinin evində tapılan pullar "birbaşa ABŞ-dan gəlib".

Dmitriy Zakharchenko-nu 7 milyon rubl (təxminən 107,4 min dollar) rüşvət alarkən yaxalayıblar. Həmin vaxt onun üstündə daha 20 milyon rubl (300 min dollardan çox) aşkar edilib.

Ancaq istintaq komitəsi tapılmış pulların hamısının rüşvət kimi alınmasının sübut olunmadığını deyir.

Digər versiyaya görə, bu pullar "Nota-bankdan" oğurlanmış pullardır. "İnterfaks"ın bir mənbədən aldığı məlumatda deyilir ki, bu pullar aldatma yolu ilə "Nota-bank"dan götürülmüş məbləğin bir hissəsidir.

Həmin mənbə bildirib ki, "Nota-bank"ın aktivlərindən 26 milyard rubl (399 milyon dollar) çıxarılıb. Bu işlə bağlı bankın yüksək vəzifəli şəxsləri həbs edilib.

Mənbənin irəli sürdüyü versiyaya görə, Zakharchenko bankın hazırda həbsdə olan maliyyə direktoru Galina Marchukova ilə tanış imiş və pulları müvəqqəti saxlamaq üçün ondan alıbmış.

"Nota-bank"ın lisenziyası ötən ilin noyabrında ləğv edilib.

Buna da bax:​ Vladivostok merinə korrupsiya ittihamı

Başqa bir anonim qaynaq deyir ki...

Bu pullar Zakharchenko və həmkarlarının, yaxud başqa bir cinayətkar birliyin "təhlükəsizlik yastığı" ola bilər.

Başqa bir anonim mənbə "Rosbalt"a bu pulların qaynağının "Rusiya Dəmir Yolları" (RDY) ASC olduğunu deyib. Həmin mənbənin sözlərinə görə, İsveçrə banklarında ümumi məbləği 300 milyon avro olan altı hesab aşkarlanıb.

Mənbə onu da bildirib ki, bir neçə bankın rəhbərliyi ilə Zakharchenko-nun yaxın münasibətləri olub. Həmin maliyyəçilərdən biri polkovniki "hələ RDY-nin əvvəlki rəhbərliyinin vaxtında bu şirkətin maliyyə axınlarından yaxşı yararlanan şəxslərlə" tanış edib.

Mənbə iddia edir ki, 2009-cu ildən bəri Zakharchenko həmin şəxslərin təhlükəsizlik xidmətinin faktik rəisi olub və onları dövlət orqanlarından qoruyub. Bu zaman o, banklarla işləməyi də davam etdirib.

Mənbə bu pulların Zakharchenko-nun göstərdiyi xidmət müqabilində aldığı "haqq", yoxsa RDY-nin keçmiş rəhbərliyi ilə bağlı həmin o şəxslərin pulları olduğunu bilmir.

Daha bir versiyaya görə, bu pullar Zakharchenko və həmkarlarının, yaxud başqa bir cinayətkar birliyin "təhlükəsizlik yastığı" ola bilər.

Buna da bax:​ Qorxubilməz Navalny korrupsiya ilə daha amansız döyüşə başlayır

“Düşünmürəm ki, bu onun öz pullarıdır”

Belə təsəvvür yaranır ki, sualı cavablayanların sayı cavabla razı olmayanların sayından azdır

Bu versiyanı "Qovorit Moskva" radiosunda Moskva polis həmkarlar ittifaqı koordinasiya şurasının sədri Mikhail Pashkin dilə gətirib.

"Düşünmürəm ki, bu onun şəxsi pullarıdır. Güman ki,"obşak"dır" (“ortaq qazan” mənasında – red.), - Dumanın deputatı Aleksandr Khinshteyn belə deyir.

"Komsomolskaya pravda"nın köşə yazarı Dmitriy Steshin isə iddia edir ki, DİN polkovnikinin evində tapılan pullar "birbaşa ABŞ-dan gəlib".

O deyir ki, pulların bir hissəsi Rusiyaya qaçaq yolla gətirilib.

Jurnalist iddia edir ki, ABŞ bu pulları Rusiyada inqilabı maliyyələşdirmək üçün göndəribmiş.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG