Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Binəqədililər yolu bağlamaq istəyib


Sakinlər etiraz olaraq yolu bağlayır (arxiv fotosu)

Sakinlər etiraz olaraq yolu bağlayır (arxiv fotosu)

Oktyabrın 21-də bir qrup Binəqədi rayonu sakininin etiraz aksiyası keçirməyə cəhd göstərdiyi bildirilir.

Sakinlərin yağış nəticəsində evlərinə və küçələrə dolan lili suyun təmizlənməməsinə etiraz etdikləri söylənir.

Verilən xəbərlərə görə, sakinlər dəmir zibil qutuları, müxtəlif əşyalarla yaxınlıqdakı yollardan birini bağlayıblar. Əraziyə cəlb olunmuş polis əməkdaşları ilə etirazçılar arasında gərginlik yaranıb. Polis əməkdaşları yolun açılmasına müvəffəq olublar. Aksiyanın qarşısı alınıb.

Buna da bax:​ Zabratda evlər su altındadır

“Turan” Agentliyi sakinlərin narazılığı ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin şərhini almaq istəyib. Ancaq icra hakimiyyətindən cavab verilməyib, oradan “suyun təmizlənməsi istiqamətində bütün işlər görülür” deyiblər.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında isə bildirilir ki, gün boyunca su basmış bütün ərazilərdə təmizləmə işləri davam etdirilib. Nazirlikdən Binəqədi rayonunun Binəqədi şosesində, Sabunçu rayonunun Zabrat qəsəbəsində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işlərinin sonadək davam etdiriləcəyi bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG