Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:28

Həbsdəki məmur barədə ekspertiza nə rəy verib?


Binəqədidəki yanğından bir il ötür
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

Binəqədidəki yanğından bir il ötür

Ötən ilin mayında Binəqədidə 16-mərtəbəli yaşayış binasındakı yanğına görə həbsdə olan məmurla bağlı ekspertizanın rəyi artıq hazırdır. Bu şəxs Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovdur.

Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 23-də keçirilən məhkəmə iclasında hakim Əfqan Hacıyev rəyin daxil olduğunu bildirsə də, mətnini açıqlamayıb.

Bu iş üzrə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev rəylə tanış olub münasibət bildirməyə vaxt istəyib. Məlum olub ki, vəkillər də rəylə tanış olmayıb. Bu səbəbdən məhkəmə sentyabrın 30-na təxirə salınıb.

Qeyd edək ki, Qəzənfər Novruzovun durumu pisləşdiyinə görə dəfələrlə məhkəməyə təcili yardım çağırılıb. Onu Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Ekspertizanın təyin olunması barədə qərar qəbul ediləndə, hakim bildirmişdi ki, Müalicə Müəssisəsindən onun gətirilib-aparılması problem yaradır. Ona görə də Novruzovun durumu, onun məhkəmədə iştirakının mümkün olub-olmaması barədə rəy verməkdən ötrü ekspertiza təyin olunmuşdu.

15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına çıxarılan şəxslər bunlardır: «Global Construction» və «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov, «Global Construction» MMC-nin sədr müavini Ələkbər Əsgərov, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, «Dərnəgül Boru» zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG