Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25

15 nəfərin öldüyü yanğın: "Əsas günahkarlar azadlıqdadır"


►“Mənzil istismar sahəsinin işçilərinə bu işlərlə bağlı ittiham vermək özü cinayətdir”

15 nəfərin öldüyü yanğınla bağlı iş məhkəmədə...

“Kiçik vəzifəlilərdə heç günah da görmürəm. Əslində hamı hər şeyi bilir. Prokurorluqda da bunu demişəm. Hamı bilir ki, yuxarının imzası olmadan aşağı iş görmür”.

Ötən il mayın 19-da Binəqədi rayonunda yanmış 16 mərtəbəli binanın bütün sakinləri kimi Elnur Məhərrəmov da məhkəmənin başlanmasını gözləyir.

Ancaq deyir ki, məhkəmə qarşısında bütün günahkarları görmək istəyərdi.

İş üzrə istintaq bir neçə gün əvvəl yekunlaşıb. Məhkəmə qarşısında “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-kommunal İstismar sahəsinin rəisi Nizami Orucov və 2012-2013-cü illərdə Binəqədi rayon icra hakimiyyətində işləmiş Qəzənfər Novruzov dayanacaq.

Yanğından sonra ilk həbslər başlayanda çoxları Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərinin həbsini istehza ilə qarşılayrıdı.

Müəşəkkil dəstənin əksər üzvləri həbs olunmayıblar

Müzəffər Baxış

Müzəffər Baxış

Elə “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov da bildirir ki, yanğına və 15 nəfərin ölümünə səbəb olmuş əsas şəxslər azadlıqdadır.

Onun fikrincə, mənzil-istismar sahəsi rəisinin həbsi gözə kül üfürməkdir:

“Həmin binanın yanması ilə bağlı mənzil-istismar sahəsinin hər hansı işçisinə ittiham vermək özü cinayətdir. Ancaq çox təəssüflər olsun ki, bura Azərbaycandır. Bu məsələlərin mahiyyəti çox dərindədir. Sadəcə, bu iş çox ciddi rezonans doğurduğundan hakimiyyət müəyyən şəxsləri cinayət məsuliyyətinə cəlb etdi. Əslində, Bakıda bu işlərlə – həm o məhsulların istehsalı, həm də binalara üzlüklərin vurulması ilə məşğul olan yüksək vəzifəli şəxslərdən ibarət mütəşəkkil bir dəstə vardı. Əfsuslar ki, Azərbaycanda bu qəbildən işlər siyasi sifarişlə tənzimlənir. Onda müəyyən icra başçılarının cinayət məsuliyyətinə cəlb olunmasına göstəriş veriləcəyi də söylənirdi. Görünür, o siyasi sifariş verilmədiyindən həmin o mütəşəkkil dəstənin çoxlu sayda üzvləri kənarda qaldı. Düzdür, həbs olunanlar arasında zavod rəhbərliyi də var. Ancaq tam məsuliyyətilə bildirirəm ki, mənzil istismar sahəsinin keçmiş rəisinə bu işlərə görə ittiham vermək özü cinayətdir. Həmin cinayəti törədən müəşəkkil dəstənin əksər üzvləri həbs olunmayıblar. Onlar indi də vəzifələrində çalışırlar”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə AzadlıqRadiosuna bildirdi ki, iş üzrə istintaq yekunlaşıb məhkəməyə göndərildiyindən hər hansı şərh verə bilməzlər.

Prezident İlham Əliyev Dövlət Komissiyasının iclasında həmin üzlüklərin harada istehsal edildiyini, hansı ekspertizadan keçdiyini araşdırmağı tapşırmışdı.

Yanğında 15 nəfər ölmüş, 20-dən çox adam yaralanmışdı. Ölənlərdən 5-i uşaq idi. Bu yanğından sonra Bakıda 200-dən çox binanın üzlükləri kütləvi söküldü.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG