Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:07

25 ildə 4 hakimiyyət: cəmiyyət üçün hansı yaxşı idi?


Bakı 1989-cu il
Bakı 1989-cu il

“Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin 23 ili inkişaf, tərəqqi və dirçəliş illəri olmuşdur”.

Bunu prezident İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında deyib. İ. Əliyev bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda ilk iki il xalqımız üçün, dövlətimiz üçün çox ağır, faciəvi illər olmuşdu: “ O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. "

Müstəqiliyin 25 ilində 4 hakimiyyət olub. Mütəllibov, AXC-Müsavat, Heydər Əliyev, İlham Əliyev hakimiyyətləri. Bunların fərqi nədir? Hansı yaxşı idi cəmiyyət üçün?

“HEÇ BİR HAKİMİYYƏT PROBLEMLƏRİ HƏLL EDƏ BİLMƏYİB.”

Politoloq Zərdüşt Əlizadə deyir ki, Azərbaycan müstəqillik qazandığı gündən bəri yaşanan problemlər olduğu kimi qalır. Hakimiyyətlər bu problemlərin heç birini həll etməyib:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Azərbaycan xalqının qarşısında çox mühüm məsələlər durur, problemləri var. O problemlərin heç biri həll edilməyib. Heç bir hakimiyyət dövründə həll edilməyib.

Qarabağ problemi həll edilməyib, iqtisadi inkişaf əvəzinə iqtisadiyyat tənəzzülə uğrayıb, xarici borcumuz yavaş-yavaş artır, əhalinin yarıdan çoxu kasıblıq həddindədir, demokratik dövlət institutlarının qurulması tam iflasa uğrayıb, müstəqil məhkəmə yoxdur, düz-əməlli parlament yoxdur və elmin, təhsilin, səhiyyənin də tənəzzülü göz qarşısındadır. Bu bütün hakimiyyətlərin hökmranlığının nəticəsidir....”(Ətraflı audioda...)

Zərdüşt Əlizadə: "heç biri problemləri həll etməyib"
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

“HƏR DÖVRƏ UYĞUN İTİRDİKLƏRİMİZ VƏ QAZANDIQLARIMIZ VAR”

İş adamı Bədrəddin Quliyev deyir ki, hər bir dövrün özünün öz tələbatı, öz reallığı var. Məsələyə də bu cür yanaşılmalıdır:

“Azərbaycan xalqının yaranmış şəraitə uyğun olaraq siyasi mühitə görə dövlətçiliklə bağlı atdığı addımlar olub. Yəni bizim ilkin olaraq müstəqilliyimiz elə-belə, asanlıqla qazanılmayıb ki?

Biz 20 yanvardan belə bu yolu keçmiş bir xalqıq. Bununla bərabər Rus imperiyasının Qarabağ probleminin üstündə olmuşuq. Və yaxud müstəqilliyimizin ilk günlərində müstəqil addımlar atmaq istəyirdiksə, dövləti qurmaq üçün, bir tərəfdən müharibə, digər tərəfdən iqtisadi sistemi qaldırmaqla bağlı beynəlxalq layihələrə getmək istəyirdik və o layihələrin inkişafına Rusiya imkan vermirdi.

1992-93-cü ildə Bakı- Ceyhan neft kəməri ilə bağlı niyyət protokolları imzalanmışdı, o dövrdə ona imkan verilmədi. 1993-94-95-ci illərdə neft müqavilələrinin imzalanmasına Rusiya imkan vermirdi ki, Azərbaycan müstəqil olaraq enerji bazarına çıxsın. Bizim hər dövrə uyğun olaraq öz siyasətimiz, itirdiklərimiz və qazandıqlarımız olub...”(Ətraflı audioda...)

Bədrəddin Quliyev: "Hər dövrün öz reallığı var..."
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

“1993-CÜ İLDƏN SUVERENLİK VƏ MÜSTƏQİLLİYİNİN MƏHDUDLAŞDIRILMASI İSTİQAMƏTİNDƏ PROSES GEDİR.”

Siyasətçi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə isə Ayaz Mütəllibov dövründə Azərbaycan formal müstəqillik əldə etsə də, Əbülfəz Elçibəy dövründə bu müstəqillik tam qazanıldı. Ondan sonrakı dövrdə isə müstəqillikdən və suverenlikdən uzaqlaşma siyasəti həyata keçirilir:

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

“Mütəllibovun, Vəzirovun dövrü sovet dövrü idi. Azərbaycanın müstəqilliyindən danışmaq mümkün deyildi. Qısa müddət ərzində Ayaz Mütəllibovun vaxtında Azərbaycan formal müstəqillik əldə etsə də Rusiyada baş verən dövlət çevrilişi cəhdindən aydın oldu ki, Mütəllibovun hakimiyyəti əslində formal olaraq bu müstəqilliklə razılaşıb. Çünki hələ Tehrandaykən o dövlət çevrilişini müdafiə etdi. Bu da onun sonda hakimiyyətdən getməsinə gətirib çıxardı.

Əbülfəz Elçibəy Azərbaycan Xalq Hərəkatının başında dayanmışdı. Əbülfəz Elçibəy hakimiyyətində müstəqillik əldə edildi. Müstəqillik uğrunda mübarizəyə məhz Əbülfəz Elçibəy hakimiyyətindəki qüvvələr rəhbərlik edirdi. Azərbaycan BMT-yə, beynəlxalq təşkilatlara məhz Elçibəy hakimiyyəti dövründə daxil oldu. Azərbaycan dövləti də məhz Əbülfəz Elçibəyin rəhbərliyi altında müstəqil dövlət kimi dünya sferasına çıxdı.

Ondan sonrakı dönəmdə 1993-cü ildə dövlət çevrilişi oldu. Dövlət çevrilişindən sonra müstəqillik və suverenlik saxlanılsa da, o gündən bu tərəfə Azərbaycanın məhz suverenlik və müstəqilliyinin məhdudlaşdırılması istiqamətində proses gedir...”(Ətraflı audioda...)

Sərdar Claloğlu: "1993-cü ildən proses gedir"
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG