Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

Binə sakinləri cəhənnəmin ünvanını tapıblar?

“Bu, bizim yollardır, Binə qəsəbəsində əsas yollardan biri sayılır. Yağışlar yaxınlaşanda Binədə deyirlər ki, ayağımıza “klyonka” bağlamaq sezonu gəldi”.

Binə sakinləri AzadlıqRadiosu-nun “Qaynar xətt”inə payızın qəsəbəyə gətirdiyi problemlərdən danışırlar.

Söhbət qəsəbədəki Rəhman Əşrəfov küçəsindən gedir. Bu küçə Milli Aviasiya Akademiyasına paraleldir. Bir neçə küçəyə ayrılan yol magistraldan təxminən 250 metr aralıdadır. Qəsəbə sakini Malik Nəcəfov deyir, bu küçə iki qədim məscidə aparıb çıxarır. Yüzlərlə yaşayış evi var. Sakinlər küçənin bərbad durumundan dəfələrlə yerli bələdiyyəyə şikayətləniblər:

“Müraciət edən biz olsaq da, di gəl, bir də görürük ki, texnikanı töküb qonşu küçələri təmir edirlər. Deyirlər, bu yoldan prezident keçir, həmişə səliqəli olmalıdır. Bizə çatanda isə bir cavabları var: “bələdiyyənin fondunda pul yoxdur”. Hər dəfə bələdiyyə seçkisi olur, sədr dəyişir, natəmizliksə yerində qalır”.

Buna da bax:​ Bakıda maşınlar suda belə "üzdü"

Küçənin başqa sakini Natella Dadaşzadə deyir, yağış yağanda məktəbə, məscidə, işə gedənlərin ən çox istifadə etdiyi yol keçilməz olur:

“5 ildir ki, özümüz deyib, özümüz eşidirik. Prezident xanımıyla bu tərəflərə gələndə, bu yoldan bir az aralıdakı yola üst-üstə asfalt döşəyirlər. Prezident qonşu yoldan, demək olar, hər gün keçib Şüvəlana gedir. Hər dəfə qonşu yoldan keçəndə, Allaha yalvarırıq ki, bir biz tərəfə də dönsün”.

Sakinlər ilin yalnız yay fəslində yoldan normal yararlandıqlarını söyləyirlər. İlin qalan aylarını isə palçıq və su dolu çuxurların üstündən hoppana-hoppana keçirlər. Bəzənsə bıçaq sümüyə dirənir, sakinlər öz hesablarına texnika gətirib yolun tam çökmüş hissələrini müvəqqəti yamatdırırlar.

Buna da bax:​ Burda yay-qış uzunboğaz çəkmə geyirlər

Binə bələdiyyəsindən sakinlərin şikayətlərinə münasibət bildirilməsə də, Xəzər rayon İcra Hakimiyyətindən cavab özünü çox gözlətməyib. Bildirilib ki, qəsəbənin mərkəzindən keçən yolda çıxan problemləri qurum həll edir. Məhəllədaxili yolların təmiri ilə bələdiyyə məşğul olur: “Sakinlər bizə də yazıblar. Hər dəfə də bildirmişik ki, daxili yolların təmiri bizlik deyil. Qəsəbənin ərazisi böyükdür, gəzib dolaşsanız, görərsiniz ki, daxili küçələrdə də xeyli işlər görülüb. Yəqin ki, həmin küçədə də yaxın vaxtlarda təmir işləri aparılar”.

Sakinlərsə hər gün keçib getdikləri yolun qonşu küçələrdəki kimi təmiri üçün bu dəfə elə prezidentin özünə üz tutmaq qərarına gəliblər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG