Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

►B.Yıldırım: Terrorçular arasında fərq qoymadan....

Yaxın vaxtlarda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü olacaq.

Bu barədə Türkiyənin baş naziri Binali Yıldırım iyulun 19-da Ankarada gürcü həmkarı Georgi Kvirikaşvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Turan-ın xəbərinə görə, o, deyib ki, Türkiyə-Azərbaycan-Gürcüstan üçhissəli mexanizmi regional əməkdaşlığın inkişafına böyük töhfə verib.

Türkiyə hökumətinin başçısı üç ay öncə Dağlıq Qarabağ zonasında vəziyyətin pisləşməsi ilə bağlı narahatlığını bildirib.

“Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə sadiq olduğumuzu bəyan etdik. Bundan əlavə, son zamanlar regionda terror hücumlarının sayının artmasına dair məsələləri müzakirə etdik. Terrorçular arasında fərq qoymadan, onların təsnifatını aparmadan beynəlxalq əməkdaşlığın vacibliyi bir daha qeyd olundu”, - B.Yldırım vurğulayıb.

Ancaq Binali Yıldırım Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşünün dəqiq tarixi ilə bağlı bilgi verməyib.

Buna da bax: Türkiyə kəşfiyyatı uğursuz qiyamın görüntülərini yayıb

XS
SM
MD
LG