Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:43

-

“Avqustun 1-də İmişli rayonunda baş vermiş zəlzələdən dəyən ziyanın ciddi olacağı gözlənilmir. Belə ki, təkanların episentri böyük dərinlikdə olub. Yalnız köhnə tikililərdə çatların əmələ gəlməsi ehtimalı var".

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqustun 2-də keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, yerli vaxtla 08:46-da Beyləqandan 34 kilometr şimal-şərqdə baş vermiş birinci zəlzələnin maqnitudası 5,6 bal təşkil edib. Yaxınlıqdakı şəhərlərdə, habelə şimal və şimal-qərb rayonlarında 5,0 bal gücündə yeraltı təkanlar hiss olunub.

“Üç dəqiqə sonra 3,9 bal gücündə ikinci zəlzələ baş verib. Yerli vaxtla 11:51-də baş vermiş üçüncü zəlzələnin maqnitudası 4,1 bal təşkil edib. Birinci yeraltı təkandan sonra 6 afterşok qeydə alınıb. Gün ərzində zəif afterşoklar davam edib”, deyə o bildirib.

Buna da bax: 'Zəlzələdən zərər çəkməyənlərə ev tikirlər, biz qalmışıq kənarda'

“Zəlzələ təşvişinə əsas yoxdur ”

Seysmoloqun fikrincə, yerli əhalinin təşvişinə heç bir əsas yoxdur.

Qurban Yetirmişli paytaxtda binaların seysmik cəhətdən davamlılığına da toxunub.

“Bakıda bütün yüksək mərtəbəli binaların seysmik davamlılığı yoxlanılacaq. Bu, Almaniyanın geoloji təşkilatı ilə birgə layihə çərçivəsində iki il ərzində həyata keçiriləcək. Layihənin həyata keçirilməsi bu ilin payızında başlaya bilər”, Yetirmişli bildirib.

Seysmoloq binaların yoxlanılması zərurətinin nə ilə bağlı olduğunu açıqlamayıb.

Qurban Yetirmişlinin sözlərinə görə, Seysmoloji Xidmət Mərkəzi əvvəlcədən yaşayış və sənaye təyinatlı yüksək mərtəbəli binaların tikildiyi ərazinin seysmik olub-olmaması haqqında rəy verir. “Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi tikinti prosesinə nəzarət edir. Bakıda tikilən bütün binaların 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulub”, deyə o bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG